Sizin Reklam Burada

Rəisi hiddətləndi: "Bu terror cavabsız qalmayacaq"

Rəisi hiddətləndi: "Bu terror cavabsız qalmayacaq"İran prezidenti İbrahim Rəisi Şiraz şəhərindəki Şahçerağ ziyarətgahına hücum zamanı həlak olanların ailəsinə başsağlığı verib və vurğulayıb ki, "bu terror cavabsız qalmayacaq".

Avrasiya.net xəbər verir ki, İran prezidentinin Teleqram kanalında dərc olunan bəyanatda deyilir:

"Terror aktı nəticəsində ziyarətgahın bir qrup zəvvarının həlak olması ilə əlaqədar olanların ailələrinə və bütün İran xalqına başsağlığı verirəm. Bu terror mütləq cavabsız qalmayacaq. Təhlükəsizlik orqanları hücumun liderlərinə sarsıdıcı və ibrətamiz cavab verəcəklər”.

Qeyd edək ki, İran KİV-ləri ölkənin cənubunda yerləşən Şiraz şəhərində 3 naməlum şəxsin Şahçerağ ziyarətgahına atəş açması barədə məlumat yayıb. Terror aktı nəticəsində 45 nəfərin öldüyü bildirilir.

Son məlumatlara görə, İranda dini ziyarətgaha hücuma gorə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər