Sizin Reklam Burada

Avropa və dünya üçün əhəmiyyətli əməkdaşlıq

Avropa və dünya üçün əhəmiyyətli əməkdaşlıq Zəngin tarixi əlaqələri olan Azərbaycan və Gürcüstan arasındakı diplomatik münasibətlərin 30 ili tamam olur. Xüsusilə də uğurla reallaşdırılan beynəlxalq layihələr əməkdaşlığımızın inkişafına münbit şərait yaradır. Azərbaycan dövlətinin sərmayesi ilə həyata keçirilən layihələr son illərdə əməkdaşlığı daha da gücləndirir. Belə ki, ötən müddət ərzində ölkəmiz qonşu Gürcüstana hər iki dövlətin marağına cavab verdiyi üçün 3 milyard dollardan çox sərmayə qoymuşdur. Qeyd etməliyik ki, iki dövlətin birgə həyata keçirdiyi layihələr eyni zamanda bölgə üçün olduqca tarixi əhəmiyyətə malikdir.

Bu illər ərzində qarşılıqlı hörmət və etimad üzərində qurulan əməkdaşlıq xalqlarımız və ölkələrimizlə yanaşı bütünlüklə regiona, o cümlədən Avropaya böyük fayda gətirir. Nəzərə alsaq ki, Avropanın əsas enerji tədarükçüsü rolunu oynayan Rusiya ilə Avropa İttifaqı arasında münasibətlərin gərginləşməsi Avropanın enerji təminatında bir sıra problemlərin ortaya çıxmasına gətirib çıxardı. Alternativ bazarlara yönələn Avropa üçün isə Azərbaycan etibarlı tərəfdaş rolunu oynaya bilər. Bütün bunların fonunda Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artmışdır. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memerandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracatını 2 dəfə artıracaq və bu rəqəm 20 milyard m³-ə çatacaqdır. Bu istiqamətdə isə qonşu Gürcüstan Respublikası enerji resurslarımızın dünya bazarlarına çıxarılmasında əsas tranzit ölkə rolunu oynayır. Məhz bütün bunları nəzərə aldıqda Azərbaycanla Gürcüstan arasında mövcud olan əməkdaşlıq hər iki ölkə ilə yanaşı, ümumilikdə Avropa və dünya üçün böyük əhəmiyyət kəsb edir.

Azərbaycanın enerji strategiyasının uğurlarını şərtləndirən ən əsas amillərdən biri də ölkənin malik olduğu zəngin enerji ehtiyatlarının müxtəlif istiqamətlərdə ixracını təmin edən marşurutların mövcudluğudur. Enerji ehtiyatlarının nəqli üçün mövcud olan belə ixrac kəmərlərinə malik olmaq dövlətimizin bu istiqamətdə manevr imkanlarını da xeyli artırmaqdadır.

Məhz Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanın qonşu Gürcüstan ərazisindən keçməklə reallaşdırdığı beynəlxalq səviyyəli layihələrdir. Bundan əlavə Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin mövcudluğu bölgə üçün xüsusi əhəmiyyətə malikdir. Həyata keçirilən bütün bu layihələr iki dost və qonşu ölkənin qarşılqlı inam və etimadı nəticəsində reallığa çevrilmişdir.

Azərbaycanla Gürcüstan strateji müttəfiq kimi dünyada sülh və sabitliyi dəstəkləyən ölkələrdir. Hazırda iki dövlət tərəfindən bölgədə davamlı sülhün və təhlükəsizliyin təmini, mehriban qonşuluq əlaqələrinin inkişafı üçün lazım olan addımlar atılmaqdadır. İnanırıq ki, iki ölkə arasındakı mövcud olan çoxəsrlik tarixə malik əlaqələrin yeni mərhələyə qədəm qoyması nəticəsində dövlətlərimiz və xalqlarımız arasındakı hərtərəfli əlaqələr bundan sonra daha da möhkəmlənəcəkdir.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər