Sizin Reklam Burada

"Rəsmi Bakı bu qonşu ölkə ilə bütün sahələrdə sıx əməkdaşlığın tərəfdarıdır"

"Rəsmi Bakı bu qonşu ölkə ilə bütün sahələrdə sıx əməkdaşlığın tərəfdarıdır"Son 19 ildə Prezident İlham Əliyev qonşu Gürcüstana dəfələrlə səfər edib. Daha doğrusu, Gürcüstan Azərbaycan liderinin ən çox səfər etdiyi ölkələr sırasında gəlir. Oktyabrın 24-də İlham Əliyevin Gürcüstana baş tutan işgüzar səfəri onun bu qonşu ölkəyə sayca 10-cu səfəridir. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə həyata keçirilən və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edən bu səfər Azərbaycan-Gürcüstan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Çünki bu səfər zamanı iki ölkənin dostluq və müttəfiqlik münasibətlərinin yeni hədəfləri müəyyən edildi.

Azərbaycan Prezidentinin Gürcüstanla münasibətlərə belə xüsusi önəm verməsi və bu ölkəyə dəfələrlə səfər etməsi nədən irəli gəlir? Gürcüstan Azərbaycanın Cənubi Qafqazda ən möhkəm siyasi, iqtisadi, mədəni əlaqələr qurduğu ölkə kimi təbii, tarixi müttəfiqimiz sayılır. Hər iki dövlət və xalqlarımız xüsusən də son yüzillikdə daim səmimi dostluq və qardaşlıq münasibətlərini qoruyub saxlaya bilib. Biz əvvəllər yaxın qonşuluq və dostluq münasibətlərinə malik olan ölkələr hesab olunurduqsa, lakin hal-hazırda iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. Və bu nəticəyə nail olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi rolu var.

Bu gün Gürcüstan bizə təkcə tranzit ölkə kimi logistika baxımından lazım deyil. Biz Gürcüstana sadəcə enerji daşıyıcılarımızın nəqli üçün ötürücü-tranzit ölkə kimi baxmırıq. Rəsmi Bakı bu qonşu ölkə ilə bütün sahələrdə sıx əməkdaşlığın tərəfdarıdır. Prezidenti İlham Əliyevin Gürcüstana son səfəri ilə Azərbaycan-Gürcüstan münasibətlərinin prinsipcə yeni mərhələyə keçməsinə start verildi. Bu da onunla bağlıdır ki, avantürist Ermənistan rəhbərliyindən fərqli olaraq Azərbaycan və Gürcüstan liderləri Cənubi Qafqazda sülh və sabitliyin gələcəyinin ilk növbədə məhz region ölkələri arasında daha genişmiqyaslı əməkdaşlıqdan asılı olduğunu çox gözəl başa düşürlər.

Azərbaycan-Gürcüstan münasibətlərinin yeni mərhələyə keçməsinin bir digər səbəbi isə dünyada baş verən son qlobal dəyişikliklərlə bağlıdır. Belə ki, get-gedə daha da dramatik xarakter almaqda olan Rusiya-Ukrayna müharibəsi nəticəsində Rusiyanın indiyə qədər görünməmiş miqyasda total sanksiyalara məruz qalması bu ölkənin beynəlxalq yükdaşımalar sistemindən sıxışdırılıb çıxarılmasına və geosiyasi, geoiqtisadi proseslərə təsir gücünün azalmasına gətirib çıxarıb. Bu da Bakı ilə Tiflisə imkan verir ki, Asiyadan Avropaya yükdaşımalarda təşəbbüsü ələ alsınlar və Orta Dəhlizin aparıcı ölkələri rolunda çıxış etsinlər. Çin-Orta Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Qara dəniz-Türkiyə-Avropa beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların həcminin gündən-günə genişlənməsi də onu göstərir ki, Bakı və Tiflis qlobal proseslərin nəbzini düzgün tutmağı bacarıblar. Bu gün Asiya və Avropanın onlarla ölkəsinin istər qaz təzhizatı, istərsə də digər iqtisadi-ticari ilişgiləri ilk növbədə məhz Azərbaycan-Gürcüstan münasibətlərinin səviyyəsindən və xarakterindən asılıdır.

Azərbaycanla Gürcüstan arasında qarşılıqlı əməkdaşlıq münasibətləri regionun digər ölkəsi olan Ermənistan üçün də nümunəvi regional əməkdaşlıq modeli rolunu oynaya bilər. Lakin əfsuslar olsun ki, Cənubi Qafqazda yeganə destruktiv ölkə kimi tanınan Ermənistanın yürütdüyü qeyri-sağlam siyasət bu ölkəni Gürcüstan və Azərbaycanın aparıcı rol oynadığı bütün beynəlxalq layihələrdən kənarda saxlamağa səbəb olur. Ancaq buna baxmayaraq Bakı və Tiflis bu məsələdə də ortaq mövqedən çıxış edir və Ermənistan rəhbərliyini bu cür özünütəcrid siyasətindən əl çəkməyə, regionda cərəyan edən inteqrasiya proseslərinə qoşulmağa səy göstərir.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda mətbuata bəyanatında bildirdi ki, bu gün, “Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinin başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz də bu formata başlamağa hazırıq”. Bu o deməkdir ki, Azərbaycan tərəfi Gürcüstanla səylərini birləşdirərək növbəti dəfə Ermənistana sülh və əməkdaşlıq əlini uzadır. Burda bir önəmli məqam da ondan ibarətdir ki, beynəlxalq birlik də Azərbaycan Prezidentinin bu mövqeyinə pozitiv münasibət sərgilədi. ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqan İlham Əliyevin həmin bəyanatını şərh edərkən söylədi ki, “Azərbaycan Prezidentinin bu bəyanatı ümidvericidir. Azərbaycan, Gürcüstan və Ermənistan arasında əməkdaşlığın və dialoqun qurula biləcəyi çoxlu müxtəlif sahələr var. Enerji, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq qurula bilər. İlham Əliyevin bəyanatı bu baxımdan çox müsbət və ümidverici idi”.

Göründüyü kimi hazırda Cənubi Qafqaz regionunda sülhün və əməkdaşlığın təmin edilməsi üçün olduqca əlverişli şərait yaranıb. Azərbaycan və Gürcüstan bunun üçün gərəkən bütün addımları atıblar. İndi top Ermənistan tərəfdədir. Özünü Qərbyönümlü kimi göstərməyə çalışan, lakin əsl həqiqətdə isə davamlı olaraq pozucü mövqe nümayiş etdirən və regionda sülhə təhdid yaradan rəsmi İrəvan artıq ənənəvi davranışlarına son qoymalı, konstruktiv mövqe nümayiş etdirməlidir. Ermənilər azərbaycanlılar və gürcülərin hərəkətə gətirdiyi sülh və əməkdaşlıq qatarına qoşulmaq şansını düzgün dəyərləndirməlidir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər