Sizin Reklam Burada

Media yeni islahatlar mərhələsinə qədəm qoyub - Əhməd İsmayılov

Media yeni islahatlar mərhələsinə qədəm qoyub - Əhməd İsmayılov"Hazırda rəqəmsal media məkanı gündən-günə genişlənməkdə və ölkələrin milli informasiya mühitinə öz təsirini göstərməkdədir. Qloballaşan dünyada yüksək sürətlə baş verən informasiya mübadiləsi prosesi demək olar bütün ölkələri əhatə edir".

Avrasiya.net xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin audiovizual media üzrə tənzimləyici orqanlarının birinci toplantısında çıxışı zamanı Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib.

İcraçı direktor qeyd edib ki, Prezident İlham Əliyevin Fərmanı ilə yaranmış Medianın İnkişafı Agentliyi beynəlxalq informasiya mübadiləsinə hesablanmış tədbirlər görür.

“Bu il Şuşada keçirilən beynəlxalq forumda dünyanın 20-yə yaxın ölkəsindən gəlmiş xarici media nümayəndələri və ekspertlər, beynəlxalq media təşkilatlarının təmsilçiləri ilə müasir media mühitinə dair bütün aktual mövzular ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycan mediasının beynəlxalq informasiya məkanına inteqrasiyası dünyamızın reallıqları fonunda daha böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan və Türkiyənin birgə media platforması mövcuddur”, - deyə Əhməd İsmayılov vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər