Sizin Reklam Burada

Gəncədə narkomaniya ilə bağlı tədbir keçirilib – FOTOLAR

Gəncədə narkomaniya ilə bağlı tədbir keçirilib – FOTOLARAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin icra etdiyi “Narkomaniya: ağır və erkən ölüm” layihəsi çərçivəsində Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Texnologiya Universitetinin (UTECA) akt zalında tələbə və gənclərlə görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman komitəsinin üzvü, Gəncədən olan millət vəkili Müşfiq Cəfərov, Azərbaycan Texnologiya Universitetinin ümumi işlər üzrə prorektoru Rauf Bağırov, Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Gülnar Rzayeva, UTECA-nın elm və beynəlxalq əlaqələr üzrə müşaviri Mayıs Gülalıyev və digər qonaqlar iştirak ediblər.

100-ə yaxın gəncin, tələbənin iştirak etdiyi tədbirdə giriş sözü ilə çıxış edən “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman Məmmədov təmsil etdiyi qurumun layihə çərçivəsində gördüyü işlərdən danışıb, narkomaniya ilə mübarizənin ailə sağlamlığının təmin edilməsində önəmli yer tutduğunu vurğulayıb. O, görüşdə səslənəcək fikirlərin, irəli sürüləcək təkliflərin, təhlillərin narkomaniya ilə bağlı problemlərin qarşısının alınması baxımından faydalı olacağına əminliyini bildirib.Tədbirin ərsəyə gəlməsində əməyi olanlara, təşkilatçılara, Gəncə İcra Hakimiyyətinə, UTECA-nın rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra çıxış edən millət vəkili Müşfiq Cəfərov qonaqları və tələbələri salamlayaraq dövlətin gənclər və idman siyasətinə, ailə institutuna göstərdiyi diqqətdən danışıb. Ölkəmizdə nümunəvi gənclərlə yanaşı, pis vərdişləri ilə həm özü, həm də cəmiyyət üçün təhlükə mənbəyi olan narkotik aludəçilərinin də olduğunu təəssüflə deyən deputat narkomaniyanı əsrin faciəsi kimi qiymətləndirib, bu qlobal bəla ilə mübarizədə bütün cəmiyyətin səfərbər olmasının vacibliyini vurğulayıb, xalqın gələcəyinin sağlam, etibarlı gənclikdən asılı olduğunu diqqətə çatdırıb. Bildirib ki, gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur. Yaşadığımız dövrün ən aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadlarına qarşı mübarizə ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılmasını vacib sayan parlament üzvü Gəncədə də bu yöndə işlərin getdiyini xatırladıb.Əlavə edib ki, problemin aradan qaldırılmasında vətəndaşlıq təşəbbüsü göstərmək lazımdır.

UTECA-nın elm və beynəlxalq əlaqələr üzrə müşaviri Mayıs Gülalıyev, Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Gülnar Rzayeva və digər qonaqlar da problemlə bağlı fikirlərini bölüşüblər, gənclərə müraciət ediblər, təkliflərini səsləndiriblər.Narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verən qonaqlar gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən söz açıblar.Ölkənin hər yerində olduğu kimi, Gəncədə də narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını qeyd ediblər. Bildirilib ki, problem təkcə bir ölkənin deyil, bütün dünyanın qlobal problemidir.Narkomaniya bəlasının fəsadları ilə bağlı məlumatlandırma və maarifləndirmə tədbirlərinin daha da gücləndirilməsinə, xüsusən sosial şəbəkələrin imkanlarından istifadənin səmərəliliyinə diqqət çəkilib,“ağ ölüm”ün cəmiyyətimizə vurduğu zərərə nəzər yetirilib.

Mövzu ətrafında müzakirələr və geniş fikir mübadiləsi aparılıb. Sonda iştirakçılara layihə çərçivəsində hazırlanmış və ön hissəsində “Narkomaniyaya “yox” deyək” yazılmış xüsusi köynəklər paylanılıb.

Qeyd edək ki, layihənin icra müddəti 3 aydır.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər