Sizin Reklam Burada

BAMF-da QHT-Media platformasının yaradılması zərurəti mövsuzunda görüş keçirilib

BAMF-da QHT-Media platformasının yaradılması zərurəti mövsuzunda görüş keçirilibOktyabrın 27-də Beynəlxalq Avrasiya Mətbuat Fondunda “Bakı Natiqlik Məktəbi” İctimai Birliyi”nin təşəbbüsü ilə QHT və Media rəhbərlərinin görüşü keçirilib.

Avrasiya.net xəbər verir ki, tədbiri giriş sözü ilə açan BNM-in sədri, “Xalq cəbhəsi” media qrupunun rəhbəri Elçin Mirzəbəyli Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Vətəndaş cəmiyyəti və media” adlı layihənin icrası prosesində QHT-media münasibətlərinin inkişafına maneə olan çoxsaylı səbəblərin aşkarlandığını, bu səbəblərdən birinin və ən önəmlisinin də dördüncü və beşinci sektorlar arasında intensiv və fasiləsiz dialoq mühitinin, əlqələndirilmiş fəaliyyətin olmadığını bildirib. Bu problemin aradan qaldırılması üçün daimi əməkdaşlıq platformasının yaradılmasına ehtiyac duyulduğunu vurğulayıb.

BAMF sədri Umud Mirzəyev öz çıxışında məsələnin aktual olduğunu, QHT sektorundakı ciddi, iş görməyi bacaran, özünü beynəlxalq müstəvidə təsdiqləmiş təşkilatlarla peşəkar media resurslarının, jurnalist təşkilatlarının vahid bir platformada bir araya gəlməsinin vacibliyini qeyd edib. BAMF sədri belə bir platformanın yaradılmasının həm QHT, həm də media sektorunda həyata keçirilən islahatların, şəffaflaşma prosesinin daha sürətlə həyata keçirilməsinə yardım edə biləcəyini, ölkə və cəmiyyət üçün iş görə bilən şəxslər və təsisatlar üçün daha əlverişli fəaliyyət mühiti yaradacağını bildirib.

Görüşdə çıxış edən Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Azərbaycan Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Sosial İqtisadi İnkişaf Uğrunda İctimai Birliyinin sədri Sevda Məmmədova, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rafail Becanov, “Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyev, Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, Azxeber.com portalının təsisçisi və redaktoru Hacıbəy Heydərli və digər iştirakçılar çıxış edərək, QHT-Media əməkdaşlığının zəruriliyindən söz açıblar və bu əməkdaşlığın davamlı olması üçün irəli sürülən təşəbbüsü dəstəklədiklərini bildiriblər.

Tədbirin yekununda qərara alınıb ki, QHT-Media platformasının yaradılması istiqamətində müzakirələr daha geniş müstəvidə davam etdirilsin.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər