Sizin Reklam Burada

Müharibə cinayəti törədənləri cəzalandırmaq və həqiqəti dünyaya çatdırmaq üçün nə etmək lazmdır?

Müharibə cinayəti törədənləri cəzalandırmaq və həqiqəti dünyaya çatdırmaq üçün nə etmək lazmdır?28 oktyabr tarixinndə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Vətən Müharibəsi zamanı Ermənistanın Bərdə şəhərində törətdiyi terror hadisələrinin ildönümü ilə bağlı 100-dən çox QHT nümayəndəsi Bərdə şəhərində anım tədbirlərində iştirak etdi.

Anım törənin davamı olaraq Vətən müharibəsi zamanı Ermənistanın Bərdə şəhərində törətdiyi terror hadisələrinin ildönümü ilə bağlı “Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı konfransın keçirilməsi və Vətəndaş Cəmiyyəti İnstitutlarının belə topantılarda iştirakı çox zəruri idi. Toplantıda səslənən fikirləri bölüşürəm, dəstəkləyirəm.

Lakin mən digər məqamlara nəzər salmaq istərdim. Belə qanlı cinayətlərin geniş yerli və xarici ictimaiyyətə davamlı çatdırılması üçün daha intensiv çalışmaq lazımdır. Yalnız 27-28 oktyabr tarixində deyil, hər zaman bu məqamlar diqqət mərkəzində olmalıdır. Yalnız və yalnız peşəkarların iştirakı ilə sənədli filmlər çəkilməlidir, kitablar yazılmalıdır. Əgər yumşaq ifadə etsək yenə həvəskarlar və yaxud qeyri-peşəkarlar bu sahəyə ura halında gəlib bu işləri görəcəksə, onun heç bir effekti olmayacaq. Təəssüf ki, belə acı təcrübə ilə rastlaşırıq.

Bundan əlavə həmin mövzuda yazılmış kitabların, çəkilmiş sənədli filmlərin təqdimatı müxtəlif məkanlarda o cümlədən orta məktəblərdə keçirilməlidir. Bu fikri pedaqoqlar da təsdiqləyər ki, müharibə ilə bağlı filmlər uşaq psixologiyasına çox ciddi təsir etmək gücündədir. Bütün anım mərasimləri, müharibədənzərər çəkən insanlarla görüşlər lazımdır. Lakin həmin törənlərin film qədər effekti olmur.

Onu da qeyd etmək istərdim ki, dinc insanlara qarşı törədilmiş bu qanlı cinayətlərin cavabsız qalmaması üçün beynəlxalq müstəvidə kompleks işlər genişlənməlidir. İnsanların hisslərinə təsir edə biləcək vasitələrdən biri filmdir. Necəki II Dünya müharibəsində soyqırıma məruz qalan yəhudilər bu, faktordan çox peşəkarcasına istifadə edə biliblər. Bu gündə yəhudilər Almaniyadan təzminat alırlar, məruz qaldıqları soyqımı həqiqətini dünyada tanıda bilirlər.

İnsan ağrıları, taleyi, insan hüquqları bəşəri prinsipdir. Məhz erməninin mülki şəxslərə qarşı törətdiyi cinayət zamanı bu prinsiplər pozulub, bəşəri dəyərlər tapdanıb. Yəni o fikri qeyd etmək istərdim ki, dünyanın hüquq sisteminə, beynəlxalq konvensiyalara, bəşəri prinsiplərə görə, bütün insanlara qarşı münasibət eyni olmaldır.

Biz ikili standartlar var deyib məyus olmamalıyıq. Ona görə, QHT-nin potensialını düzgün dəyərləndirib ondansözün yaxşı mənasında millətin, dövlətin inkişafı üçün faydalanmaq lazmdır. Bizim müşahidələrimizə görə, Azərbaycanda QHT-nin təxminən 40-50 faiz potensialından istifadə olunur.

Əkrəm Bəydəmirli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər