Türk dövlətləri birgə dərman istehsal edə bilər
“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vahid tibb elmi məkanının yaradılması, birgə elmi-tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təminatı birgə fəaliyyətimizin ilkin istiqamətləri kimi düşünülə bilir”.
Bunu “Postpandemiya dövründə qlobal səhiyyəyə yeni yanaşmalar” mövzusuna həsr olunmuş Türk Tibb Dünyası Konqresində Azərbaycan səhiyyə naziri Teymur Musayev bildirib.
“Xüsusən COVID-19 pandemiyası hər bir ölkənin əczaçılıq məhsulları və tibbi avadanlıqlara olan tələbatını tam təmin etməsinin strateji məsələ olduğunu önə çıxardı. Bu baxımdan, Təşkilat çərçivəsində birgə dərman və tibbi avadanlıq istehsalı imkanlarını nəzərdən keçirməyi yüksək qiymətləndiririk”, - deyə Azərbaycanın səhiyyə naziri fikrini tamamlayıb.