Baş həkim qazi və şəhid ailəsi üzvləri ilə görüşüb
Dərc olunub:
28-10-2022, 14:13
“Yeni Klinika” tibb müəssisəsinin direktoru vəzifəsini icra edən baş həkim Cavid Paşayev klinikada çalışan qazi və şəhid ailəsi üzvləri ilə görüşüb.
Avrasiya.net xəbər verir ki, tədbirdə son 3 ay ərzində tibb müəssisəsinə işə qəbul olunmuş 20-dək I və II Qarabağ Müharibəsinin qaziləri, veteran və şəhid ailələri, həmçinin klinika əməkdaşları iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə “Yeni Klinika”tibb müəssisəsində çalışan qazi və şəhid ailəsi üzvlərinin istək və təkliflərini dinləyən Cavid Paşayev aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.