Yasamalda divar aşdı: usta öldü
Dərc olunub:
28-10-2022, 09:54
Yasamalda kərpiclə hörülmüş divar ustanın üzərinə aşıb və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Avrasiya.net xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.
Belə ki, 1957-ci il təvəllüdlü Xəqani Əli oğlu Əliyev usta kimi işlədiyi mənzilin hamam otağında söküntü işləri apararkən kərpiclə hörülmüş divar üzərinə aşıb və nəticədə ölüb
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
