Sizin Reklam Burada

Çingiz Abdullayev yenə də özünü müdafiə etdi

Çingiz Abdullayev yenə də özünü müdafiə etdiAzərbaycan Yazıçılar Birliyinin XIII qurultayında jurnalisti təhqir etdiyi üçün tənqid olunan Xalq yazçısı Çingiz Abdullayev yeni açıqlama verib.

Bir çoxları Abdullayevin qurultay üçün ayırılan 203 min manatın hara xərclənməsi barədə suala cavabında jurnalisti təhqir edərək, “utanmırsan, ölmürsən, bu sualı mənə verirsən?!” dediyinə görə üzr istəyəcəyini gözləsə də, o yenə özünü müdafiə edib.

Avrasiya.net xəbər verir ki, o, feysbukda bunları yazıb:

“Mənə aydın deyil ki, insanlar necə inana bilərlər ki, mən durduğum yerdə jurnalisti təhqir edə bilərəm? Məsələ burasındadır ki, o, sualı təxribat məqsədilə verirdi. Dedi ki, sərf olunan vəsaiti bu salonda görmür. Halbuki 500 iştirakçı açılmış kofe-breyk masasını görmüşdü və təbii ki, buna da vəsait xərclənmişdi. Mənim əziz azərbaycanlılarım hamının oğru, yaramaz, vicdansız olduğuna niyə belə həvəslə inanırlar?”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər