Üç ölkə liderinin birgə bəyanatlarına ciddi əməl olunmalıdır - Putin
"Sülhə aparan yeganə yol üç ölkə liderinin birgə bəyanatlarına ciddi əməl olunmasıdır".
Bunu Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında deyib.
Putin bildirib ki, Rusiya hər zaman təhlükəsizliyin təmin edilməsində Ermənistanı dəstəkləyib. O, həmçinin Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına toxunaraq Rusiyanın mövqeyini bir daha diqqətə çatdırıb.
“Rusiya tarix boyu erməni xalqının təhlükəsizliyinin təmin edilməsinə dəstək verib. Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin hərtərəfli tənzimlənməsi üçün əlindən gələni edir. Biz bu gün də Bakı ilə İrəvan arasında münasibətlərin hərtərəfli normallaşmasına nail olmaq üçün mümkün olan hər şeyi edirik”, - deyə Rusiya lideri vurğulayıb.