Hüquqşünas Zauru müdafiə edən qurumu darmadağın etdiZaur Kamalın hərəkəti həm hüquqi, həm də etik baxımdan məsuliyyət yaradır. Ona görə ki, tərbiyəsiz yanaşma sərgiləyib və hüquq pozuntusudur.

Avrasiya.net xəbər verir ki, bunu Bakupost.az-a açıqlamasında hüquqşünas Ələsgər Məmmədli aparıcı Zaur Kamalın müğənni Afşin Azərini efirdən uzalaşdırması qalmaqalı ilə bağlı danışarkən deyib.

Hüquqşünas bildirib ki, hüquq bu davranışları yolverilməz hesab edir:

“Audivizual Şura rəsmisi bildirib ki, bu, tərbiyə məsələsidir, hüquq məsələsi deyil. Amma yəqin ki, Audiovizual Şuranın təzə qanunu oxumağa hələ vaxtı olmayıb. Çünki yeni Media Haqqında Qanunun 14.1.7-ci maddəsi birbaşa tələb qoyub ki, şərəf və ləyaqətin alçaldılmasına, işguzar nüfuzun ləkələnməsinə jurnalist yol verə bilməz. Birmənalı olaraq açıq şəkildə şəxsin həmin verilişdə nüfuzu zədələnir, onun şəxsiyyətini aşağılayan bir davranış sərgilənir. Bu da konkret olaraq Media Haqqında Qanunun 14.1.7-ci maddəsi baxımından yolverilməyən hərəkətdir. Audiovizual Şura əgər bu qanunu özü də oxuyub qəbul etsəydi, böyük ehtimalla bununla bağlı yanlış fikir bildirməzdi”.

Ə.Məmmədli bu məsələdə jurnalistikanın etik prinsiplərinin pozulması faktının olduğunu diqqətə çatdırıb:

“İkinci önəmli məqam bunun etik tərəfidir. Burada da ciddi şəkildə jurnalistikanın etik prinsiplərinin pozulması var. Azərbaycan Mətbuat Şurasının qəbul etdiyi jurnalistin peşə, əxlaq, davranış qaydalarının 3.1-ci maddəsi deyir ki, jurnalistlər hər hansı bir formada cinsinə, irqinə, peşəsinə, millətinə, dininə, ya da yaşadığı, anadan olduğu yerə görə kimisə nə pisləməli, nə də bu hissəni qabartmalıdır. Halbuki onun cənubdan olan kimi qabardılaraq təqdim olunması etik davranış deyil. Açıq şəkildə diskriminativ yanaşmadır”.

Hüquqşünas əlavə edib ki, həmin müğənni məhkəmə qaydasında aparıcıya yönəlik tədbir görə bilər:

“Üçüncü önəmli məqam jurnalistin peşə, əxlaq, davranış qaydalarının 3.2-ci maddəsidir, orada qeyd olunur ki, jurnalist hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsiyyət toxunulmazlığı prinsiplərinə hörmətlə yanaşmalıdır. Burada hər ikisi pozulub. Ona görə də müğənni məhkəmə qaydasında Zaur Kamala yönəlik tədbir görə bilər. Amma etik baxımdan bu, yolverilməz, jurnalist prinspiplərinə ziddir. Bununla bağlı Mətbuat Şurası, Audiovizual Şura da öz mövqeyini bildirməlidir. Audiovizual Şura həm də bununla bağlı öhdəlik daşıyır ki, bu standartlarda olmayan yayımla bağlı tədbir görsün. Ona görə həmin verilişin müvəqqəti dayandırılması, yaxud buna görə kanalın cəzalandırılması məsələsinə də baxılmalıdır. Çünki hüquq bunu tələb edir. Hüququ tətbiq etməkdən qorxanlar sakit qalırsa, bu, başqa məsələdir. Hüquq bu davranışları yolverilməz sayır”.

Qeyd edək ki, məsələ ilə bağlı açıqlama verən Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov burada qanun pozuntusu faktının olmadığını deyib.
Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə həbs edildiSabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Müşviq Vidadi oğlu Qasımovun qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluqdan məlumat verilib.

Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Müşviq Qasımovun FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Əhəmiyyətli Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi Eldar Musa oğlu Quliyev və digər şəxslərlə qabaqcadan əlbir olaraq Sabirabad rayonu ərazisində yerləşən qeyri-yaşayış obyektində tikinti işlərinin aparılmasına icazə verilməsi, bunun üçün zəruri olan memar rəyi və digər aktların verilməsinə köməklik göstərilməsi üçün onlara müraciət etmiş vətəndaşdan külli miqdarda rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış kifayət qədər sübutlar əsasında Müşviq Qasımov və Eldar Quliyevə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (rüşvət alma- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində istintaq davam edir.
Həbs edilən gömrük generalının şikayəti rədd edildiBakı Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilərək həbs edilən, “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun Səbail rayon məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmənin qərarı ilə E. Xəlilovun şikayəti təmin olunmayıb.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov saxlanılıb. O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.

Səbail Rayon Məhkəməsinin qərarı ilə Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Gənclər üçün ödənişsiz ilk yardım təlimləri başa çatıb“İrəli” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Sağlamlıq Mərkəzinin təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə gənclər üçün “Qızıl Yardım” layihəsi başa çatıb.

Birliyin Mətbuat xidmətindən Avrasiya.net-ə bildirilib ki, layihənin keçirilməsində əsas məqsəd gənclər və gənclərlə işləyən şəxslərin ilk yardımla bağlı bilik və bacarıqlarını artırmaq, ekstremal şəraitdə baş verə biləcək bədbəxt hadisələrə hazırlıqlı olmasını təmin etməkdir. 5 gün davam edən layihədə xüsusi proqram çərçivəsində gənclərə ümumi ilk yardım, hadisə yerinin dəyərləndirilməsi, qanaxma, şok, huşunu itirmə, koma, yaralanma, kəllə-beyin travmaları haqqında ətraflı məlumatlar verilərək, ilk yardım müdaxiləsi vərdişləri aşılanıb.

“İrəli” İctimai Birliyinin ofisində keçirilən bütün təlimlərdə iştirak edən iştirakçılar Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən beynəlxalq ilk yardım sertifikatı ilə təltif ediliblər. Qeyd edək ki, təlim proqramını uğurla başa vurmuş gənclər növbəti fəaliyyət müddətində təlimçi kimi formalaşaraq, Birliyin hərbi vətənpərvərlik istiqamətində həyata keçirdiyi düşərgələrdə Sağlamlıq Mərkəzinin təlimatçısı kimi iştirak edəcəklər.
SOCAR-da həbs: "Tender kralı" kimi tanınan vəzifəli şəxs saxlanılıbSOCAR-ın vəzifəli şəxsi həbs olunub.

Mia.az-ın əldə etdiyi məlumata görə, şirkətin Təhcizat İdarəsinin rəsi müavini Fuad Həziyev bu gün hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq çərçivəsində saxlanılıb.

Məlumata görə, o, SOCAR-da "Tender kralı" kimi tanınıb.

Məsələ ilə bağlı rəsmi qurumlardan məlumatı dəqiqləşdirə bilmədik.

Araşdırmamız davam edir.

Ana sevgili tapdı, 3 qızı zorakılığa məruz qaldı - FotoAzərbaycanda 3 bacı ananın sevgilisi tərəfindən fiziki zorakılığa məruz qalıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.

O qeyd edib ki, hadisə Sumqayıt şəhərində baş verib:

“Sumqayıt şəhər 4-cü Polis Bölməsi tərəfindən 12 iyun 2022-ci ildə təhqiqat başlanıb. Uşaqların anasını sevgilisi öz gününə salıb, narkotik asılısı edib. Uşaqları təhlükəsizlik baxımından xala ilə baba Uşaq Sığınacağına yerləşdirib. Narkotik aludəçisi cinayətini ört-basdır etmək üçün nələrə əl atmaz ki?! Bir ildir ki, uşaqlar təhsildən yayınıblar”, - K.Ağazadə bildirib.
Ukrayna Rusiyanın bir milyard dollarlıq əmlakına həbs qoyubUkraynanın İqtisadi təhlükəsizlik bürosu vergilərdən yayındığı üçün Rusiyanın bir milyard dollarlıq əmlakını həbs edib.

“Report” “Prime”ə istinadən xəbər verir ki, bu barədə büronun başçısı Vadim Melnik bildirib.

“Vergidən yayınmaq üzrə çoxsaylı hadisələr aşkarlanıb. Praktik olaraq hər gün Rusiyanın hesablarını həbs edi və məbləği bir neçə milyon artırırıq”, - o vurğulayıb.

V.Melnik deyib ki, qanun pozuntuları ilə bağlı Rusiya vətəndaşlarının həbs edilən əmlakı 31 milyard qrivenə (bir milyard dollara yaxın) çatıb.
Sabahdan əlilliklə bağlı yeni meyarlar QÜVVƏYƏ MİNİRPrezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliyi təsdiqləyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, qanun iyulun 1-dən etibarən qüvvəyə minir.

F. Talıbov bildirib ki, sabahdan etibarən əlillik sahəsində yeni meyarların tətbiqinə başlanacaq:

Beləliklə, sabahdan:

- Əlillik artıq 3 dərəcə üzrə deyil, orqanizmin funksiyalarının 31-100 faiz aralığında məhdudlaşma göstəricisi əsasında müəyyən olunacaq;

- 31 faizdən sonra göstərici 5 faiz – 5 faiz aralığında artacaq;

- Qiymətləndirmə 7 kateqoriya üzrə aparılacaq: özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət, davranışına nəzarətetmə, öyrənmə və əmək fəaliyyəti;

- Əlillik təyinatına əsas verən meyarlar 4 dəfədən çox artırılır;

- Bu vaxta qədər müddətsiz əlillik təyin edilmiş şəxslər yeni meyarlarla bağlı təkrar müayinəyə çağırılmayacaq;

- Bu vaxta qədər müddətli əlillik verilmiş şəxslərin isə yalnız həmin müddət bitəndən sonra yeni meyarlarla əlilliyinin qiymətləndirilməsi aparılacaq;

- Sağalmaz xəstəlikləri olan uşaqlar üçün əlillik artıq 18 yaşa qədər deyil, ömürlük təyin ediləcək;

- İndiyədək iki və daha çox diaqnoz olduqda, yalnız biri üzrə əlillik təyin olunurdu. Bundan sonra onlardan yüksək faizi olanın üzərinə 10 faiz əlavə olunmaqla təyinat aparılacaq;

- Bu zaman daha üstün sosial təminat hüququ verən əlillik səbəbi müəyyən ediləcək. Məsələn, şəxsdə həm müharibə ilə əlaqədar, həm də ümumi səbəbdən əlillik mövcud olanda, o zaman ona müharibə ilə əlaqədar əlillik müəyyən olunacaq ki, sosial təminatı daha yüksək olsun;

- Meyarlarda məhdudlaşmanın ən yüksək həddi olan 100% pozulma - hər hansı bir orqanın funksiyasının 100% pozulması deməkdir. Məsələn, görmə qabiliyyətinin 100 faiz itirilməsi.
Zaurun efirdən qovduğu müğənni danışdıGüney Azərbaycandan olan müğənni Afşin Azəri ARB televiziyasında yayımlanan "Həmin Zaur" verilişində aparıcı Zaur Kamal tərəfindən canlı yayımdan qovulması səbəbini açıqlayıb.

Avrasiya.net Teleqraf.com-a istinadən xəbər verir ki, Afşin Azəri MTV Azərbaycan kanalında bu sözləri deyib:

"Allahıma təşəkkür edirəm ki, bu qədər insanların sevgisini gördüm. Dünəndən bu sevgi mənə sübut olundu. Xalqımız mənə dayaq oldu. Danışan adam deyiləm, amma xalqımın, sevənlərimin və milyonların qüruruna görə buradayam. Yenə də sözümün üstündəyəm ki, iki kişinin arasında danışılan söz onların arasında qalmalıdır. Əgər buna riayət etmirsənsə, heç olmasa yalan danışma.

İnsan iki dəqiqənin içində necə yalan danışa bilər. Yalan danışırsan, icazə ver, cavab verim. Mən niyə Azərbaycandayam?! Niyə qonağam?! Mən qonaq deyiləm, bura mənim ölkəmdir. Mənim sözüm bu olub ki, efirinə dəvət edən qonağın səviyyəsini bilməlisən və onunla elə danışmalısan ki, fanatlarının acığına gəlməsin.

Dünyanın hər bir yerində efirə çıxanda fanatlarım mənimlə fəxr ediblər. Dostlarım, yaxınlarım mənə deyiblər ki, Zaur Kamalın verilişinə getmə. O insan hamıya yuxarıdan aşağı baxır. Amma demişəm ki, verilişə görə belə davranır, gözəl ürəkli insandır. Görürəm ki, çox səhv etmişəm.

Zaur Kamal efirdən on-on beş dəqiqə əvvəl başqa xanəndələrin adını çəkdi. Ona cavab verdim ki, mənim öz səviyyəmə görə davran, sən məni dəvət edirsən. Qardaş, indiyə qədər adımı başqa xanəndənin yanında çəkmisən? Qətiyyən olmayıb. Bəs, mənim yanımda niyə ayrı adamın adını misal çəkirsən?

Ustadımız Alim Qasımov yeganə azərbaycanlı sənətkardır ki, İranda konsert verir. Aparıcı onun səviyyəsini bilməsə necə olar?! Allah etməsin xətrinə dəyər.

Qurana and içib, deyə bilərəm ki, deməmişəm, qardaş, filankəsi efirə çağırma. Niyə bu sözü deməliyəm?! Hər kəsin əlindən öpürəm..."