Sizin Reklam Burada

Azərbaycan və İran Araz su anbarının iş rejimini müəyyənləşdirib

Azərbaycan və İran Araz su anbarının iş rejimini müəyyənləşdiribAraz su anbarının iş rejimi və Azərbaycan və İran arasında su bölgüsü müəyyənləşdirilib, Araz çayında su və enetgetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanaraq, Protokol imzalanıb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yaydığı məlumatda deyilir.

Bu məsələlər Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycanın və İranın daimi fəaliyyət göstərən Birgə Komissiyasının 51-ci görüşündə müzakirə olunub. Görüş İranın Təbriz şəhərində keçirilib.

Bildirilir ki, Azərbaycan-İran Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin şöbə müdiri Elçin Məmmədov və sektor müdiri Elxan Hüseyinov, Azərbaycan Ekologiya və Təbii Sərvətlər nazirliyinin və Naxçıvan MR-nın aidiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan-İran Birgə Komissiyasının 52-ci görüşün Protokol layihəsinin müzakirəsi gələn il Bakı şəhərində keçiriləcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər