Sizin Reklam Burada

"Biz bu torpaqların əsl sahibləriyik"

"Biz bu torpaqların əsl sahibləriyik"Azad edilmiş Kəlbəcərdə Ali Baş Komandan Komando hərbi hissəsinə döyüş bayrağı verilməsinə həsr olunmuş mərasimdə çıxış etmişdir.
Bildirilib ki, birinci komando hərbi hissə 24 dekabr 2021 azad edilmiş Hadrutda istifadəyə verilmişdir.

6 ay sonra Kəlbəcərdə komando qüvvələrinin yaradılması bir daha göstərdi ki, Vətən müharibəsindən sonra da ordu quruculuğu sürətlə davam edir.Komando qüvvələri bütün silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək ,ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.

Biz artıq qalib ölkə, qalib xalq kimi Ordu gününü qeyd etdik.Ali Baş Komandan, Xalq, Ordu vəhdəti bizi uğura apardı və torpaqlarımızı vəhşi erməni vandallarından təmizlədi. Biz bu tarixi missiyanı yerinə yetirdik.30 illik işğaldan tarixi torpaqlarımızı azad etdik. 30 il nə az nə çox düz 30 il haqsızlığa uğradı. Beynəlxalq təşkilatlar faktiki və formal fəaliyyət göstərdi. Bu işğal zamanı bir mühüm addım belə atılmadı, kimsə işğalçıya başqasının torpağından çıx demədi.

Biz haqlı ,ədalətli olsaq da torpaqlarımız 30 il işğal altında qaldı. Bu tarixi missiyanı Xalq özü yerinə yetirdi.və nəhayət torpaqlarımız azadlığına qovuşdu.Bu qələbə bir daha sübut etdi ki, biz işğala boyun əyməyəcəyik.

Biz əbədi iz qoyacaq tarix yazdıq.Bizim əsas məqsədimiz yeni nəsli vətənpərvər ruhda tərbiyə etməkdir.

Vətən müharibəsində qələbənin əsas səbəbi milli ruh,ləyaqət və ən önəmlisi Vətən sevgisi idi.Müasir silahlarla silahlanmış Ordumuz düşməni qısa müddətdə diz çökdürdü.

Kəlbəcər, Ağdam, Laçın bir güllə belə atılmadan azad edildi.Bütün dünya azərbaycanlıları haqlı olaraq bunun qürurunu yaşayır. Həmişə bu ZƏFƏR lə fəxr edəcəyik.

Bizim tarixi uğurumuz dünyanı belə heyrətə saldı.
Revanşist qüvvələrin baş qaldırmaq istəyini hiss edirik. Bu onların son çırpınışlarıdır.
Ali Baş Komandanımız onlara xəbərdarlıq edərək söyləmişdir "Dəmir Yumruq " yerindədir, bunu heç kim unutmasın. Bu məğlubiyyət onlara dərs olmalıdır.
Biz artıq dinc quruculuq və tikinti işləri ilə məşğul oluruq. Məqsədimiz dağıdılmış və viran qalmış rayonlarımızı bərpa etmək,əhalini tez zamanda yerlərinə köçürməkdir. Kəlbəcərdə İstisu qəsəbəsi tikilir və su zavodunun da tikintisi davam edir. Kəlbəcər-Laçın zonası iqlim və təbiət baxımından ən çətin bölgədir.10 dan çox tunel çəkilmiş ,mülki əhali və hərbiçilərimiz üçün Murov dağının altından çəkilən tunellər cox vacib , əhəmiyyətlidir. Kəlbəcərlə bağlı konsepsiyalar artıq hazırdır.Burada yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcək.Laçında hava limanı inşa edilir. 2024-cü ildə açılacaq liman gediş gəlişi daha rahat edəcək. Kəlbəcərdə İŞĞAl və ZƏFƏR muzeyinin təməli qoyuldu. İl yarım ərzində o qədər işlər görüldü ki,sadalamaqla bitmir. Biz həqiqətən quruculuq işlərinə həvəsliyik , çünki biz bu torpaqların əsl sahibləriyik..

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər