Sizin Reklam Burada

Ermənilər Laçının Zabux kəndindən çıxmaq istəmir

Ermənilər Laçının Zabux kəndindən çıxmaq istəmirLaçın rayonunun Zabux kəndində qanunsuz məskunlaşan ermənilər oranı tərk etmək niyyətində olmadıqlarını bildiriblər.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunsuz sakinlər adından danışan icma başçısı Andranik Çavuşyan deyib.

“Ermənistanın baş naziri bəyan edib ki, Ağavno sakinlərinin (Zabuxda yaşayanlar nəzərdə tutulur-red.) problemləri ilə Qarabağ hakimiyyəti (separatçı rejim-redş) məşğul olacaq. Ancaq Xankəndidən hələlik bizə heçnə deyilməyib. Biz buradayıq və getməyə hazırlaşmırıq. Əgər qətiyyətli addımlara əl atmağa çalışsalar, məsələn, bizi təxliyə etmək qərarına gəlsələr, o zaman nə edəcəyimizi bilirik”, - deyə Çavuşyan iddialı tərzdə açıqlama verib.

Xatırladaq ki, iyunun 27-də keçirilən onlayn mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan “Laçın dəhlizi”ndə yerləşən Zabux və Sus kəndlərinin, Laçın şəhərinin Azərbaycana təhvil verilməli olduğunu bildirib.

Paşinyan deyib ki, hazırda Laçın şəhərində yaşayan ermənilərin problemi Ermənistan hökumətinin qərarları ilə həll edilir: “Onlar mənzillə təmin olunmalıdırlar”.

Zabux və Sus kəndində yaşayan ermənilərə gəlincə, Paşinyanın sözlərinə görə, onların problemi Qarabağ separatçıları tərəfindən həll olunacaq. Baş nazirin açıqlamasından belə məlum olur ki, Zabuxda yaşayan ermənilər oradan çıxmalı olsalar, onlar Qarabağın dağlıq hissəsinə - separatçıların olduğu ərazilərə köçürüləcək. Halbuki, həmin ermənilər əvvəllər Qarabağda yaşamayıblar, onlar bura 1990-cı illərin ortalarından sonra Suriya, Livan və başqa yerlərdən köçüb gəliblər.

Andranik Çavuşyan isə deyib ki, Nikol Paşinyan Zabuxun taleyini öz mülahizəsinə əsasən həll edə bilməz:

“Çünki o, bunun üçün mandat almayıb”, - deyə o bildirib.

Andranik Çavuşyan Ermənistanın baş nazirinin bəyanatlarına Qarabağ separatçıları tərəfindən müvafiq reaksiyanın gecikməməli olduğunu vurğulayıb.

2020-ci il dekabrın 1-də işğaldan azad edilən Laçın rayonunun bir hissəsi, o cümlədən Laçın şəhəri Yuxarı Qarabağdan Ermənistana gediş-gəlişə ayrılan 5 kilometr enində zolağa – “Laçın dəhlizi”nə düşüb. Həmin zolağa Rusiya hərbçiləri nəzarət edir.

Hazırda “Laçın dəhlizi”ində Laçının rayon mərkəzi və 6 kəndi yerləşir: Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabux. Bu kəndlərdən 4-ü boşdur, 2-də isə - Sus və Zabuxda - ermənilər qanunsuz olaraq məskunlaşdırılıblar.

Razılaşmaya əsasən, Azərbaycan tərəfinin "Laçın dəhlizi"nə çəkdiyi alternativ yolun 2023-cü ilin sonunda istifadəyə veriləcəyi gözlənilir. Yeni yol Ermənistanla sərhəddən - Gorusun Kornidzor kəndindən başlayır, Laçından yan keçub Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinədək uzanmaqla Turşsu kəndində Xankəndiyə gedən köhnə magistralla kəsişəcək.

Yeni yol istifadətə veriləndə Rusiya hərbçiləri “Laçın dəhlizi"ndən çıxarılıb həmin marşrutda yerləşdiriləcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər