Keçmiş məhkum polisi yaraladı - Yevlaxda
Dərc olunub:
30-06-2022, 09:38
Yevlax rayonunun Hacıselli kəndi ərazisində narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsi barədə Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında polis əməkdaşları həmin əraziyə gediblər.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat Xidmətindən Avrasiya.net-ə verilən məlumatda bildirilib.
Narkotik tərkibli bitkilərin əkilib-becərdilməsini təşkil edən əvvəllər məhkum olunmuş, kənd sakini Röyal İsmayılov saxlanılarkən polis əməkdaşına kəsici alətlə xəsarət yetirmişdir. Ərazidən 50 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.