Rusiya: Zmeyni adasını buna görə tərk etdik
Dərc olunub:
30-06-2022, 13:30
Rusiya hərbçiləri Zmeyni adasını tərk ediblər.
Bunu Ukrayna Ali radasının deputatı Aleksey Qonçarenko deyib.
“Ruslar Zmeynini tərk etdilər. Məlumatı dəqiqləşdirirəm”, - Qonçarenko bildirib.
Ukrayna Teleqram kanallarının yazdığına görə, ruslara məxsus kiçikhəcmli gəmilər adadan uzaqlaşıblar:
“Ada boşdur. Ruslar qalan texnikalarını məhv edərək, “Raptor” katerlərilə qərbə doğru yollanıblar”.
Məlumatı Ukraya Silahlı Qüvvələrinin “Cənub” operativ komandanlığı da təsdiqləyib.
***
Rusiya Müdafiə Nazirliyi hərbi qüvvələrin Zmeyni adasını tərk etməsini təsdiqləyib.
Nazirlik bildirilib ki, Rusiya ordusu xoşməramlılıq əlaməti olaraq Zmeyni adasından qarnizonu geri çəkib.