Daha 7000 nəfərə "Müharibə veteranı" adı verildi

Daha 7000 nəfərə "Müharibə veteranı" adı verildiMüdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən komissiya tərəfindən 7 000 nəfərdən artıq vətəndaşın da Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması yekunlaşdırılaraq sənədləri "Müharibə veteranı" adının verilməsi məqsədilə qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndərilib.

Bu barədə Müdafiə Nazirliyinin rəsmi feysbuk səhifəsi məlumat yayıb.

Arayış-məlumatları göndərilən vətəndaşlar barədə qərar qəbul edildikdən sonra onların da adları "Müharibə veteranı" adının verilməsi üçün “Zəfər” altsisteminə daxil ediləcək.

Bundan sonra onlara da Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.

Qeyd edək ki, bu günədək Vətən müharibəsində iştirak etmiş 76 000 nəfərə "Müharibə veteranı" adı verilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər