ABŞ senatoru Baydenin Türkiyə qərarını alqışladı
Dərc olunub:
30-06-2022, 11:22
Bayden administrasiyasının NATO üzrə əsas müttəfiqimiz olan Türkiyəyə F-16 təyyarələrinin satışına dəstək vermə qərarını alqışlayıram.
Bu sözləri ABŞ-ın republikaçı senatoru Lindsi Qrehem deyib.
O, fikir ayrılıqlarına baxmayaraq, Türkiyənin mühüm NATO müttəfiqi olduğuna diqqət çəkib:
“Bu vəziyyət Türkiyənin milli təhlükəsizlik maraqlarına xidmət edir. Türkiyənin aviasiya imkanlarının yenilənməsi Türkiyə, ABŞ, NATO və regional təhlükəsizliyə fayda verəcək".