Ramazan ayı nə vaxt başlayır? - QMİ2022-ci ildə Ramazan ayının başlama tarixi açıqlanıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin 2022-ci il Miladi təqvimində bildirilib.

Bu il Ramazan ayı aprel ayının 2-nə təsadüf edəcək.

Qədr gecələri aprelin 19, 21, 23 və 27-nə təsadüf edəcək. Ramazan bayramı isə mayın 2-3-də olacaq.
Ağcabədidə qaçırılan qız tapılıbDİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, martın 7-də Laçın rayon sakini Tutu İbrahimovanın qaçırılması ilə bağlı Laçın Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində T.İbrahimovanın olduğu yer müəyyən edilərək tapılıb və rayon polis şöbəsinə gətirilib.

Fakt üzrə Laçın Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Rus hərbçiləri döyüşməkdən imtina edirlər - FotoUkraynada döyüşən və sağ qalan Rusiya Silahlı Qüvvələrinin hərbçilərinin döyüş bölgələrinə qayıtmaqdan imtina etdikləri barədə məlumatlar yayılıb.

Axar.az xəbər verir ki, “Guildhall” xəbər agentliyi məlumat yayıb.

Agentlik etibarlı mənbəyə istinadla bildirib ki, Ukraynada sağ qalan Rusiya hərbçiləri döyüş bölgələrinə qayıtmaqdan imtina edərək kütləvi şəkildə raport yazır.

“Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairəsinin 41-ci A bölməsinin tam tərkibdə Ukraynaya gələn hərbçilərinin müvafiq hesabatları redaksiyaya daxil olub. İmtina səbəbləri arasında əsgərlər “top yemi” kimi istifadə olunmaq istəmədiklərini, Ukraynada hərbi əməliyyatın səbəblərinin izah edilməməsini, texniki dəstəyin və komandanlıqla əlaqənin olmaması və s. səbəb göstərirlər”, - agentliyin məlumatında qeyd olunub.
BDU-nun tələbəsi yol qəzasında öldüLənkəranda yol qəzasında ölən gənc Bakı Dövlət Universitetinin tələbəsi olub.

Bu barədə BDU-dan məlumat yayıb.

Qeyd olunub ki, ali təhsil müəssisəsinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin IV kurs tələbəsi Elvin Elçin oğlu Qurbanov avtoqəzada dünyasını dəyişib.

Allah rəhmət eləsin!
AMEA-nın əməkdaşlarının ixtisar edilməsi, bir neçə institutun ləğv edilməsi təklif edilibAMEA-nın əməkdaşlarının ixtisar edilməsi, bir neçə institutun ləğv edilməsi təklif edilib.

Bu təkliflə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev çıxış edib.

O bildirib ki, AMEA-nın strukturu bir daha baxılmalı, profilcə yaxın olan bir neçə institut bazasında oxşar məqsədi və proqramı olan elmi mərkəzlərin yaradılması, lüzumsuz qurumların birləşdirilməsi və ya ixtisar edilməsi, yeni elmi-innovasion strukturların yaradılması nəzərdən keçirilməlidir.

D.Tağıyev əlavə edib ki, dünya praktikasında əməkdaşların sayı çox olmayan, lakin konkret məqsədi olan elmi tədqiqat institutları üstünlük təşkil edir:

"Bu baxımdan institutların birləşdirmək yolu ilə daha da iriləşdirilməsi əvəzinə əməkdaşların sayı çox olan institutlarda bilavasitə elmi araşdırmalarla məşğul olmayan əməkdaşların sayını minimuma endirmək, bunun hesabına məhsuldar işləyən tədqiqatçıların maddi durumunu yaxşılaşdırmaq daha məqsədəuyğun olardı".
Azərbaycan-İran diplomatik münasibətlərinin 30 illiyiMartın 14-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Avrasiya.net xəbər verir ki, tədbirdə Azərbaycan XİN rəhbər heyəti, İranın Azərbaycan Respublikasındakı Səfirliyinin rəhbərliyi və əməkdaşları, habelə Azərbaycanda fəaliyyət göstərən bir neçə şirkətin rəhbərləri iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan və İran arasında mövcud tarixi bağlar, birgə dəyərlər və adət-ənənələrin ikitərəfli əlaqələrin yüksələn xətt üzrə inkişafına şərait yaratdığını bildirib. Nazir müavini, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü, o cümlədən Azərbaycan-İran sərhədini bərpa etməsini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iki ölkə arasında sərhədi dostluq sərhədi adlandırmasını xüsusi olaraq vurğulayıb.

E.Məmmədov, post münaqişə mərhələsində regionda nəqliyyat-kommunikasiya xətlərinin açılmasının bölgənin sülh və inkişafına töhfə verəcəyini qeyd edib.

Daha sonra çıxış edən İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi dost, qardaş, qonşu Azərbaycan və İran arasında diplomatik əlaqələrin qurulması münasibətilə öz səmimi təbriklərini çatdırıb. Səfir, həmçinin 44 günlük Vətən müharibəsi dövründə
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması naminə canlarından keçən şəhidləri hörmətlə anıb. Seyid Abbas Musəvi, Azərbaycan və İran arasında beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində geniş əməkdaşlığı məmmunluqla vurğulayıb.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və İran arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.
"Avropa Parlamenti ədalətsiz bir qurumdur"Qərb həmişə Qarabağ məsələsində Azərbaycana qarşı ikili standartlardan yanaşıb, heç vaxt ədalətli mövqe sərgiləməyib. Bu da "demokratiya" beşiyi sayılan Avropa Parlamentinin ədalətsiz bir qurum olduğu deməkdir.

Bunu Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov Avropa Parlamentinin plenar iclasında qəbul edilən Qarabağda mədəni irsin məhv edilməsi ilə bağlı antiAzərbaycan mövqeli qətnaməyə münasibətində deyib.

O, qeyd edib ki, 30 il Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqlarında bütün tarixi, dini, mədəni irsimiz dağıdılıb: "Bu vaxtadək Avropa Parlamenti bir dəfə də olsun buna qarşı bir sənəd belə qəbul etməyib, daim işğalçının yanında olub, onun mövqeyini dəstəkləyib. Avropa Parlamentinin məlum qətnaməsi Azərbaycanın güclənməsinə, inkişafına qarşı qəbul edilib. 44 günlük müharibədə Azərbaycanın qələbəsi Ermənistanla yanaşı, Avropanın bir çox təsisatlarının, eləcə də Avropa Parlamentinin ovqatını təlx edib. Ona görə də, belə bir məntiqsiz, əsassız, böhtan xarakteri daşıyan qətnamə qəbul edib".
Füzulidə DYP rəisi qəzaya düşdü: ölən var - VideoFüzuli rayonunda avtomobillər toqquşub, ölən və yaralananlar var.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi “Mersedes” və İlqar Hümbətovun idarə etdiyi “Mersedes” markalı avtomobillər toqquşub. Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanasına yerləşdiriliblər.

Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, “Mersedes” markalı avtomobili idarən edən İlqar Hümbətov Şuşa Rayon Dövlət Yol Polisi (DYP) Bölməsinin rəisi vəzifəsində çalışır. O, hadisə zamanı avtomobildə tək olub. Qəza nəticəsində polis mayoru İ.Hümbətov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
YAP-ın Zəngilan rayon təşkilatında yeni ərazi partiya təşkilatı yaradılıb10 mart 2022-ci il tarixdə Nərimanov rayonu, Kral Hüseyn 64b ünvanında YAP Zəngilan rayon təşkilatının Azərbaycan Menecment və İnvestisiya Korporasiyası üzrə Ərazi Partiya Təşkilatı yaradıllb.

Bununla bağlı keçirilən tədbirdə çıxış edən Azərbaycan Menecment və İnvestisiya Korporasiyasının direktoru Emin Əliyev bildirib ki, Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası fəaliyyəti ilə ölkəmizin, xalqımızın həyatını kökündən dəyişməklə yanaşı, dövlətçilik tariximizdə yeni mərhələnin əsasını qoyub, qısa zaman kəsiyində öz siyasi xəttinə sadiqliyi ilə ümumxalq partiyasına çevrilib. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası dəyərlərinin yüksək səviyyədə qorunması və daha da inkişaf etdirilməsi nəticəsində partiya üzvlərinin sayı günü-gündən artmaqdadır.

Yeni Azərbaycan Partiyasının Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə Azərbaycan Menecment və İnvestisiya Korporasiyası əməkdaşlarının bu təşəbbüsünü alqışlayıb və onların dövlətimizin daha da inkişafı naminə bir amal ətrafında birləşməyinin əhəmiyyətini vurğulayıb.

Yeni yaradılan ərazi partiya təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayan Natiq Quluzadə Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, cəmiyyətdə artan nüfuzundan və mövqeyindən geniş bəhs edib. Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, Cənab Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi partiyada təmsil olunmaq hər bir üzv üçün böyük qürurdur”.

Çıxış edən Natiq Quluzadə VII qurultayda YAP rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr və öhdəliklər haqda partiya fəallarına məlumat verib və diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası VII qurultayında qəbul etdiyi qərarlarla bir daha yenilikçi siyasi qüvvə olduğunu nümayiş etdirdi.  

Tədbirdə qeyd edilib ki, Azərbaycan Menecment və İnvestisiya Korporasiyasının kollektivi işgüzar, vətənpərvər, dövlətə və dövlətçiliyə sadiq əməkdaşlarla komplektləşdirilib və onların əksəriyyəti Yeni Azərbaycan Partiyasına üzv olmaq arzusundadır.
Sonra təşkilati məsələyə baxılıb. Emin Əliyev yeni yaradılan Ərazi Partiya Təşkilatının sədri, Gülay Rövşən isə sədr müavini seçiliblər. 

Natiq Quluzadə yeni seçilmiş sədr və müavini təbrik edərək, təşkilatın işlərində uğurlar arzulayıb, iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.
Xarkovda həlak olan azərbaycanlı ailənin nəşi hadisə baş verən ərazidə qalıbXarkov vilayətinin Çirkun kəndində raketin evə düşməsi nəticəsində həlak olan azərbaycanlı Emin Mahmudovun və ailə üzvlərinin nəşi hadisə baş verən ərazidə qalıb.

Bu barədə “Report”a Emin Mahmudovun qardaşı Ramin Mahmudov məlumat verib.

O bildirib ki, qardaşının, həyat yoldaşının və qardaşının qayınanasının nəşini ərazidən götürmək və dəfn etmək mümkün olmayıb:

“Artıq 10 gündür qardaşımgilin meyitləri həyətdə qalıb. Onlar yaşayan kəndə giriş məhdudlaşdırılıb. Biz meyitlərin Azərbaycana gətirilməsini istəyirdik, amma mümkün olmasa elə yaşadıqları həyətdə dəfn edilməsini istərdik. Hazırda orada vəziyyət pis olduğuna və nə qədər davam edəcəyinə görə dəqiq bir söz demək olmur”.

Qeyd edək ki, martın 5-də Emin Mahmudovun yaşadığı evə raket düşüb. Nəticədə ev sahibi, onun həyat yoldaşı və qayınanası həlak olub. Onların 3 övladı isə sağ qalıb.