Sizin Reklam Burada

Müzəffər Ordunun Ali Baş Komandanı

44 günlük Vətən müharibəsi və əldə edilmiş böyük qələbə Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Müharibənin ilk günündən xalqımız öz liderinin ətrafında sıx birləşməklə ən böyük amal olan milli birliyin yaranmasına öz töhvəsini vermiş oldu.

Bu birliyin yaranmasında əsas amillərdən biri xalqın öz liderinə olan sonsuz inamı və dövlət başçısının ötən müddət ərzində öz fəaliyyəti ilə xalqın dərin rəğbətini qazanması idi. Döyüşlərin getdiyi 44 gün ərzində Ali Baş Komandan İlham Əliyev cənabları hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə isə nə qədər mahir siyasətçi olduğunu bütün dünyaya nümayiş etdirmiş oldu. Xüsusilə müharibə dövründə ölkə başçımızın dünyanın müxtəlif aparıcı televiziya kanallarına verdiyi 30-a yaxın müsahibə məhz informasiya müharibəsində Azərbaycanın haqq səsinin məharətlə bütün dünyaya çatdırılmasında önəmli rol oynadı. Hər zaman xalqının dəstəyinə arxalanan cənab prezident bütün təzyiqlərə cəsarətlə sinə gərdi və lider kimi mübarizlik, müdriklik rəmzinə çevrildi.

Son nəticədə isə beynəlxalq dəstəkdən məhrum qalan mənfur düşmən işğal altındakı əzəli torpaqlarmızdan qovuldu. Ali Baş Komandanımızın "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" sözlərinin müdrikliyi və dəyəri əldə edilmiş qələbə ilə bir daha sübuta yetirilmiş oldu.

Nəcməddin Mürvətov
Siyəzən şəhər 1 saylı tam orta məktəbin direktoru, əməkdar müəllim

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər