Sizin Reklam Burada

MEK-də “Vikipediya” təlimlərinə yenidən start verilib

MEK-də “Vikipediya” təlimlərinə yenidən start verilibAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vikipediya” təlimlərinə yenidən start verilib. Təlimlər Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının, AMEA Mərkəzi Elmi Kitabxanasının, “Qorqud” Vikipediya Metodik Klubunun təşəbbüsü ilə keçirilir. Açılış təliminə ilk olaraq Azərbaycan Dillər və Bakı Dövlət universitetlərinin Kitabxanaçılıq- informasiya və Filologiya fakültələrinin tələbələri cəlb edilib.

Təlimin ilk günündə çıxışı zamanı MEK-in baş direktoru, professor Məmməd Əliyev 6 ildir ki, kitabxanada ardıcıl surətdə “Vikipediya” maarifləndirici təlimlərinin təşkil edildiyini, lakin son iki ildə koronavirus epidemiyası ilə əlaqədar bu işə ara verildiyini nəzərə çatdırıb. Professor Məmməd Əliyev “Vikipediya”nın informasiya mühitində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib, yüzlərlə mütəxəssisin, müxtəlif dövlət qurumları və AMEA əməkdaşlarının, universitet tələbələrinin mütəmadi şəkildə viki-təlimlərinə cəlb ediləcəyini vurğulayıb, hər kəsə uğurlar diləyib.

Azərbaycanda “Vikipediya”nın inkişafına öz töhfəsini verən, Diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk çıxışında Mərkəzi Elmi Kitabxanada təlimlərə yenidən start verildiyinin sevindirici hal olduğunu qeyd edib, “Qorqud” Vikipediya Metodik Klubunun yaradılmasının təşəbbüskarı, millət vəkili Elnur Allahverdiyevin bu prosesin ölkədə sürətləndirilməsini dəstəkləyənlərdən biri olduğunu nəzərə çatdırıb.

Çıxışçılar “Vikipediya” üzrə mütəxəssislər, Azərbaycan dilli “Vikipediya”nın idarəçiləri, “Qorqud” Vikipediya Metodik Klubunun ekspertləri Ayxan Zayıdzadə və Sübhan Xıdırzadə “Vikipediya”nın Azərbaycan həqiqətlərinin müxtəlif dillərdə təbliğ və təqdim edən əhəmiyyətli platformalardan biri olduğunu vurğulayıblar. Əsas gücün isə, ölkəmizin milli maraqlarının təmin olunması istiqamətində çağdaş dövrün informasiya texnologiyalarından yararlanmağı bacaran, səsimizi-sözümüzü xarici dillərdə çatdırmağı bilən gənclərin üzərinə düşdüyünü nəzərə çatdırıblar.

Qeyd edək ki, tələbələr bu təlimləri təcrübəli vikipediyaçılar, MEK-in Elektron Resurslar şöbəsinin mütəxəssisləri Nuray Tanrıverdiyeva və Səbinə Abizadədən alacaqlar. Bir ay müddətində kiçik qruplar şəklində keçiriləcək təlim zamanı tələbələrə “Vikipediya”nın mahiyyəti izah ediləcək, onlayn ensiklopediyanın iş prinsiplərinə dair məlumatlar, istifadə qaydaları və məqalə yaratmaq kimi bacarıqlar aşılanacaq. Sonda iştirakçılar sertifikatla təltif olunacaqlar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər