YAP-ın Zəngilan rayon təşkilatında yeni ərazi partiya təşkilatı yaradılıb
10 mart 2022-ci il tarixdə Nərimanov rayonu, Kral Hüseyn 64b ünvanında YAP Zəngilan rayon təşkilatının Azərbaycan Menecment və İnvestisiya Korporasiyası üzrə Ərazi Partiya Təşkilatı yaradıllb.
Bununla bağlı keçirilən tədbirdə çıxış edən Azərbaycan Menecment və İnvestisiya Korporasiyasının direktoru Emin Əliyev bildirib ki, Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası fəaliyyəti ilə ölkəmizin, xalqımızın həyatını kökündən dəyişməklə yanaşı, dövlətçilik tariximizdə yeni mərhələnin əsasını qoyub, qısa zaman kəsiyində öz siyasi xəttinə sadiqliyi ilə ümumxalq partiyasına çevrilib. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası dəyərlərinin yüksək səviyyədə qorunması və daha da inkişaf etdirilməsi nəticəsində partiya üzvlərinin sayı günü-gündən artmaqdadır.
Yeni Azərbaycan Partiyasının Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə Azərbaycan Menecment və İnvestisiya Korporasiyası əməkdaşlarının bu təşəbbüsünü alqışlayıb və onların dövlətimizin daha da inkişafı naminə bir amal ətrafında birləşməyinin əhəmiyyətini vurğulayıb.
Yeni yaradılan ərazi partiya təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayan Natiq Quluzadə Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, cəmiyyətdə artan nüfuzundan və mövqeyindən geniş bəhs edib. Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, Cənab Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi partiyada təmsil olunmaq hər bir üzv üçün böyük qürurdur”.
Çıxış edən Natiq Quluzadə VII qurultayda YAP rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr və öhdəliklər haqda partiya fəallarına məlumat verib və diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası VII qurultayında qəbul etdiyi qərarlarla bir daha yenilikçi siyasi qüvvə olduğunu nümayiş etdirdi.
Tədbirdə qeyd edilib ki, Azərbaycan Menecment və İnvestisiya Korporasiyasının kollektivi işgüzar, vətənpərvər, dövlətə və dövlətçiliyə sadiq əməkdaşlarla komplektləşdirilib və onların əksəriyyəti Yeni Azərbaycan Partiyasına üzv olmaq arzusundadır.
Sonra təşkilati məsələyə baxılıb. Emin Əliyev yeni yaradılan Ərazi Partiya Təşkilatının sədri, Gülay Rövşən isə sədr müavini seçiliblər.
Natiq Quluzadə yeni seçilmiş sədr və müavini təbrik edərək, təşkilatın işlərində uğurlar arzulayıb, iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.