star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

"Bu fəlakətlərdən sonra Moskvanın göz yaşlarına heç kim inanmayacaq"

"Bu fəlakətlərdən sonra Moskvanın göz yaşlarına heç kim inanmayacaq"İmperiya iddiaları Rusiyanı və ümumilikdə dünyanı görün, nə günə qoyub. Ukrayna ilə müharibənin vaxtı uzandiqca, insan təlafatlarının sayı artdıqca Rusiyanın fəlakətli vəziyyəti daha da ağırlaşacaq. Ukrayna Rusiya müharibəsinin taleyinin həll olunduğunu demək hələlik tezdir. Lakin bu müharibədən sonra dünyanın siyasi və iqtisadi arxitekturası dəyişəcək. İqtisadi tənəzzülün, fantastik bahalaşmanın, böyük maliyyə itkilərinin baş verməsi gözləniləndir.

Amma burada bir maraqlı tendensiya ortalığa çıxmaqdadır. Bu da ondan ibarətdir ki, artıq dünya imperiya iddialarına yox deyir!

Ukraynada dağıntıları, dinc insanların rus silahlıları tərəfində amansızlıqla qətlə yetirilməsi səhnələrini görən dünya ictimaiyyəti müharibə cinayətlərini törədənləri heç zaman bağışlamayacaq. Bu fəlakətlərdən sonra Moskvanın göz yaşlarına heç kim inanmayacaq

Bundan əlavə müstəqil dövlətlərə qarşı imperiya ideoloqlarının süni olaraq yaratdığı təhdid rıçaqları tədricən aradan qalxacaq. Həmçinin separatizmin keçmiş SSRİ məkanındakı müstəqil dövlərlər üçün çox ağır bəla olduğunu çoxları anlamaqdadır. Separatizmin kökününün kəsilməsi regionun sabitliyi üçün vacib faktotlardan biri olacaq. İmperiya iddialarından və separatizmdən əziyyət çəkən ölkələr baş vermiş Rusiya Ukrayna müharibəsindən ciddi nəticələr çıxarıb regionda sabitliyin möhkəmlənməsində vahid platformadan çıxış etməyə məhkumdurlar.

Müşahidələr göstərir ki, Rusiya Ukrayna müharibəsi uzun müddət çəkməyəcək. Postmüharibə dövründə isə qanlı qətllərdə rolu olan şəxslərin beynəlxalq məhkəmə qarşısına çıxarılması şübhəsizdir.

Əkrəm Bəydəmirli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər