Cəmi 640 milyard ehtiyatımız var, yarısı bloklanıb
Dərc olunub:
14-03-2022, 14:31
Rusiya cəmi 640 milyard dollar civarında ehtiyata sahibdir. Hazırda ehtiyatın 300 milyard dollarını istifadə edə bilmirik.
Bunu Rusiyanın maliyyə naziri Anton Siluanov deyib.
“Ehtiyatın bir hissəsi Çindədir və Qərb indi Çinə təzyiq edir ki, bizim bu ehtiyata çıxışımızı məhdudlaşdırsın.
Qərb bazarları bağlandığı üçün Çin ilə əməkdaşlığın artacağını düşünürəm”, - Siluanov bildirib.