star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

QHT “Sağlam gənclik, sağlam gələcək deməkdir!” adlı tədbirlərə start verdi

QHT “Sağlam gənclik, sağlam gələcək deməkdir!” adlı tədbirlərə start verdi12 martda “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi Sabunçu Gənclər Evində “Sağlam gənclik, sağlam gələcək deməkdir!” devizi altında ilk tədbirini keçirib.
Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Təhlükəli yoluxucu xəstəliklərin profilaktikası məqsədilə ictimai maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihə çərçivəsində baş tutub.

Tədbiri giriş sözləri ilə açan Sabunçu Gənclər Mərkəzinin nümayəndəsi Gülşən Axundova “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin gəncləri maarifləndirmək məqsədilə həyata keçirdiyi fəaliyyətlərin önəmliyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən təşkilatın sədri, layihə rəhbəri Ziba Nəbiyeva öncə tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə tərəfdaş qurum olan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin rəhbərliyinə və Sabunçu Gənclər Evinin təmsilçilərinə öz minnətdarlığını bildirib.

Təşkilatın fəaliyyəti haqqında məlumat verdikdən sonra, layihənin mövzusuyla bağlı çıxışını davam etdirərək Ziba Nəbiyeva qeyd edib ki, bir çox yoluxucu xəstəliklər var ki, onlar haqqında kifayət qədər bilgili olmaq vacibdır: “Məsələn, viruslu hepatitlər əsasən də Hepatit B, D və C, həmçinin QİÇS, vərəm təhlükəli yoluxucu xəstəliklər sırasında yer alıb. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri Gündəliyində (məqsəd 3.3) bu xəstəliklərin erkən müayinə və müalicəsinə nail olmaq əsas hədəf kimi qeyd olunub. Bu baxımdan önləyici profilaktik tədbirlərin keçirilməsi, müvafiq maarifləndirmənin aparılması yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaqda mühüm rol oynayır. Xüsusən gənclərimizin zamanında məlumatlandırılması onlarda gigiyenik davranış qaydalarının formalaşmasına, perspektivdə isə sağlam gənc nəslin yetişməsinə xidmət edir.”

Layihə rəhbəri Ziba Nəbiyeva elektron təqdimat vasitəsilə gənclərə hepatit nədir, viruslu hepatitlərin növləri və onların kəşf olunma tarixçələri, xəstəliyin əlamətləri, kliniki gedişatı, yoluxma yolları, xəstəlikdən qorunma qaydaları, profilaktik qabaqlayıcı tədbirlər barədə geniş məlumatlar və tövsiyələr verib. Deyilənlərin yadda qalımlı olması üçün animasiya çarxları nümayiş olunub.

Vərəm xəstəliyi barədə təqdimatı isə gənclərə həkim, ekspert Samirə Muxtarova çatdırıb. O, hava- damcı yolu ilə yayılan bu xəstəliyin əsas aspektləri barədə ətraflı danışıb.

İnteraktiv şəkildə aparılan tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda gənclərə mövzuyla bağlı bukletlər, kovid infeksiyasının profilaktikası məqsədilə tibbi və gigiyenik vasitələr paylanıb.

Gənclər arasında profilaktik tədbirlərin əhatə dairəsini genişləndirmək, maarifləndirmənin davamlığını təmin etmək məqsədilə Sabunçu Gənclər Evinə xüsusi dizaynla hazırlanmış, viruslu hepatitlərin yoluxma yolları əks olunan divar lövhəsi, həmçinin bukletlər, tibbi və gigiyenik vasitələr də təqdim olunub.
Ümumilikdə, layihə çərçivəsində daha iki tədbirin Bakı Gənclər Mərkəzi və Suraxanı Gənclər Evində keçirilməyi nəzərdə tutulub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər