Zelenski Rusiya ilə danışıqların məqsədini AÇIQLADI
Rusiya Federasiyasının nümayəndələri ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin vəzifəsi prezidentlərin görüşünün baş tutması üçün hər şeyi etməkdir.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Rusiya Federasiyası ilə danışıqlara gəlincə, hər gün ölkələrimizin nümayəndələri videoformatda danışırlar. Nümayəndə heyətimizin qarşısında aydın vəzifə var - prezidentlərin görüşünün baş tutması üçün hər şeyi etmək. Əminəm ki, insanlar da bu görüşü gözləyir", - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, belə görüş çətin, lakin zəruri yoldur: "Bizim məqsədimiz Ukraynanın bu mübarizədə, bu çətin danışıqlar məsələsində lazımi nəticəni əldə etməsidir. Bizim üçün, sülh və təhlükəsizlik üçün lazımdır. Normal, effektiv zəmanətlərimizin olması üçün. Nə “Budapeşt”dəki kimi, nə də bizim səmadakı kimi. Elə ki, ukraynalılar deyə bilsinlər: bu işləyir, bu zəmanətdir. Danışmaq lazımdır".
Zelenski danışıqlar prosesinin əvvəlki raundlarının müsbət nümunəsi kimi 10 humanitar dəhlizin təşkilini göstərib:
"10-dan çox humanitar dəhliz işə salınıb. Kiyev vilayəti, Luqansk vilayəti... Gün ərzində 5 550 nəfər xilas edilib. Altı gündə - artıq 130 mindən çox. Danışmaq lazımdır. Bu da danışıqlarla bağlıdır. Bunu başa düşmək lazımdır".