Eks-deputat Kadırovu öldürənə mükafat VƏD ETDİ
Ukrayna parlamentinin keçmiş deputatı Yevgeni Rıbçinski Çeçenistan rəhbəri Ramzan Kadırovu məhv edəcək şəxsə mükafat vəd edib.
Bu barədə o, Facebook-da yazıb.
Keçmiş deputat Ukraynaya gəlməyi ilə öyünən Ramzan Kadırovun öldürülməsinə görə Kiyev yaxınlığında torpaq sahəsi olan ev vəd edib.
"Əgər Kadırov həqiqətən də Kiyevin yaxınlığındadırsa, o zaman Ukrayna Silahlı Qüvvələrinin hər bir döyüşçüsü çeçen xalqına biabırçılıq gətirən bu əlaltını məhv etməyi qarşısına məqsəd qoymalıdır. Mən Kadırovun başına mükafat qoyuram - Kiyev yaxınlığında 40 sot torpaqda ev!”.
Daha əvvəl Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko bildirilmişdi ki, Kadırov Ukraynaya gəlib və İvankovodakı zirzəmidə gizlənərək, orada çeçen döyüşçülərlə müzakirə aparıb.