Rusiya öz PUA-sını vurub, "Bayraqdar" kimi təqdim etdi
Dərc olunub:
14-03-2022, 08:44
Rusiyanın havadan müdafiə sistemləri Xarkov vilayətində yanlışlıqla öz pilotsuz uçuş aparatını vurub. Lakin onlar rəhbərliyə “Bayraqdar” PUA-sını vurduqlarını bəyan ediblər.
Bu sözləri Ukrayna silahlı qüvvələrinin komandanı Valeri Zalujni deyib.
Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyi Ukraynada iki "Bayraqdar" PUA-sı məhv etdiyini açıqlamışdı.