Zamandan öndə...Hadisələri önləmək, xalqının məhrumiyyətlərə düçar olmasına, dövlətinin geosiyasi oyunların güdazına getməsinə imkan verməmək təkcə strateji düşüncəyə sahib liderlik keyfiyyəti deyil, həm də gerçək qəhrəmanlıq nümunədir. Mübaliğəsiz yazıram. Gözümüz önündə cərəyan edən hadisələrin mahiyyəti və perspektivi belə düşünməyə və yazmağa əsas verir.

...Çox uzağa getməyəcəyəm. Təxminən 2008-ci ildən etibarən biz gurultuli bəyanatlara, riyakar, özünüqoruma instiktinin “diplomatiya” ilə maskalanmış görüntülərinə, “dostluq”, “tərəfdaşlıq” imitasiyalarına aldanmağı yadırğamışıq. ətrafımızda baş verənlərdən payımızı götürüb bizi öz maraqlarına görə qurban vermək istəyənlərin “payını”, həm də artıqlaması ilə verməyi bacarmışıq.

“Payını götüməyənlər”, nəticə çıxarmayanlar, dərs almayanlar da var, şübhəsiz. Belələri bir gözü çıxmış qardaşlarının o birin gözünü də çıxarıb, cəlladların səfində yer alanlardır.

...2020-ci ili, noyabrın 10-dan sonra sosial şəbəkələri başına götürən klaviatura və dil “pəhləvanları”nın hay-küyünü xatırlayıram. Bəziləri hələ də dillərini və əllərini dincə qoymağı bacarmırlar. Bilmirəm, bu adamlar hazırda Ukraynada baş verənlərə hansı baxış bucağından, hansı reallıqlar çərçivəsindən yanaşır, gözləri önündə, həm də ildırım sürətilə baş verən hadisələrin, emosiyadan kənar, gerçək məzmun kəsb edən hissələrini “sapa düzüb” necə və hansı məntiqlə təhlil edirlər? Edirlərmi? Şübhəylə yanaşıram. Mənə görə, gözünü şəxsi və zehni natamamlıqlarının, girov düşdükləri maraqların pərdəsi qapatmış kəsləri qəflət yuxusundan ayıltmaq, olduqca müşkül məsələdir.
Bu baxımdan da, zehninə, gözünə işıq düşənlər üçün yazıram:

44 günlük Vətən müharibəsində Azərbaycanı, əsasən qardaş Türkiyə dəstəkləyirdi. Bu hər kəsin bildiyi həqiqətdir. Ukraynanı isə, cüzi istisnalarla bütün dünya müdafiə edir. Qlobal informasiya məkanı yalnız və yalnız Ukraynanın tərəfindədir. Transmilli media resurslarının, beynəlxalq təşkilatların, bütövlükdə dünyanın gündəmi Ukraynadır.

Cəmi 2 il öncə biz hansı durumdaydıq? Ümid edirəm, əksəriyyət unutmayıb. 30 ilə yaxın bir zaman kəsiyində haqqımızı görməzdən gəlib işğalçıya və işğala “şam tutanlar” 44 günlük müharibədə də haqdan, ədalətdən, beynəlxalq hüquqdan və hətta adi insani dəyərlərdən uzaq fəaliyyətlərini daha qərəzli, daha amansız və daha qəddar bir riyakarlıqla davam etdirirdilər. Dünyanın aparıcı media resurslarının, qlobal informasiya məkanının irili-xırdalı oyunçularının böhtan və yalanlarının qarşısında təkbaşına dayanmışdıq.

Daha dəqiq desəm, TƏKBAŞINA dayanmışdı. Yəqin ki, çoxları şərəfli tariximizin yazıldığı o günlərdə tranmilli media şəbəkəsi təmsilçilərinin Prezidentə ünvanladıqları sualları da xatırlayırsınız. Adlarını “peşəkar jurnalist”, “azad söz keşikçisi” qoyan informasiya terrorçularının gözlərindən sıçrayan qəzəbi, dillərindən süzülən zəhəri də həmçinin, ümid edirəm ki, unutmamısınız.

Burada da yanımızda yalnız Türkiyə vardı... Vəssalam! Yalnız zərgər dəqiqliyi ilə müəyyənləşdirilmiş strategiya, yol xəritəsi, geosiyasi reallıqların sərhədlərinin düzgün müəyyənləşdirilməsi və proqnozlaşdırılması, soyuq məntiqə, intellektə söykənən prinsipiallıq, qətiyyət bizim tamamilə qeyri-bərabər gerçəkliklərdən qələbə ilə çıxmağımıza zəmin yaratdı. Amma bəziləri bu qələbənin nələrin bahasına başa gəldiyini, hansı reallıqlarla qarşı-qarşı qala biləcəyimizi nəzərə almadan ritorik suallarını düşmənin mərmi atəşindən daha intesiz bir şəkildə üzərimizə yağdırırdılar: “Xankəndiyə niyə girmədik”, “Xocalının qisası niyə alınmadı və s...
Qisas döyüş meydanında alınmışdı! Həm də şərəflə, ləyaqətlə!

Bu gün Ukraynanı cəhənnəmə çevirən raket atəşlərini necə, görə bilirsiniz? O raketlərdən bir neçəsi Gəncəyə, Tərtərə... düşmüşdü... Yazmaq, danışmaq... asandı! Sözdü də... Amma bu gün sözün də çəkisi bir ölkənin həyatını xilas edəcək və yaxud sonuna çıxa biləcək ağırlıqdadı.

Reallıq bundan ibarətdir ki, əgər Azərbaycan 10 Noyabr sənədinə imza atmasaydı, Xankəndiyə ordu yeritsəydi, o zaman bizi həm Rusiyanın hərbi təzyiqi, həm də bu gün Ukraynanın yanında olan ABŞ və Avropanın sanksiyaları gözləyirdi. Və kim bilir son 28 ildə əldə etdiklərimizdən – təfərrüatına varmaq istəmirəm – indi nələr qalmışdı... Heç kim şübhə etməsin ki, hazırda Ukraynada yaşananlar Azərbaycanda da baş verə bilərdi və nəinki qazandıqlarımızı, bütövlükdə müstəqilliyimiz və dövlətçiliyimizi də itirə bilərdik. Bütün bunlar gəlişigözəl sözlər deyil. Belə fikirləri oxumağın və eşitməyin xoş olmadığını da yaxşı başa düşürəm. Amma bugünümüzün acı reallığıdır. Və biz bu rellığı düzgün qiymətləndirdiyimiz üçün də gələcəyə böyük ümidlərlə baxırıq.

Gələcəyə həm də ona görə böyük ümidlərlə baxa bilirik ki, Azərbaycanın bütün regional oyunçularla bərabərhüquqlu münasibətlər qurmağı, qarşılıqlı öhdəlik və məsuliyyət sistemi formalaşdırmaqla, həm ölkəmizin ərazi bütövlüyünü bərpa etməyi, həm də dövlətimizi mümkün geosiyasi kataklizmlərdən sığortalamağı bacaran lideri var.

Elçin Mirzəbəyli
Siyəzəndə yeniyetmələr arasında şahmat turniri təşkil olunub5 Mart “Bədən Tərbiyəsi və İdman günü” münasibəti ilə 10-14 yaşlı yeniyetmə oğlanlar və qızlar arasında şahmat turniri təşkil olunub.

2-3 mart tarixlərində Gənclər Mərkəzində “İdman həftəsi” çərçivəsində Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 42 yeniyetmə şahmatçı yerlər uğrunda mübarizə aparıb.

Turnir 5 Mart “Bədən Tərbiyəsi və İdman günü”nün qeyd olunması, şahmatın Siyəzən rayonunda inkişaf etdirilməsi, yeniyetmə şahmatçıların oyun təcrübəsinin artırılması, həmçinin bu idman növü üzrə ən güclülərin müəyyən olunması məqsədi daşıyıb. 2 gün davam edən turnirin nəticəsinə görə oğlanlar arasında şəhər 6 saylı məktəb-liseyin şagirdləri Qurbanlı Əli və Allahverdiyev Amid I və II yerləri bölüşüblər. Şəhər 1 saylı tam orta məktəbin şagirdi Adayev Yavər isə III olub. Qızlar arasında şəhər 3 saylı tam orta məktəbin şagirdləri Həsənova Qızılgül, Zərbəliyeva Fidan və Əsgərova Leyla müvafiq olaraq I, II və III yerləri tutublar.

Təltif olunma mərasimində yarışda ilk üç yeri tutan yeniyetmə şahmatçılara Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və medallar təqdim edilib.




#Gənclərİdman #İdmanHəftəsi2022 #Azərbaycanİdmanı #AZEsport #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz
Putin: “Ruslar və ukraynalılar bir xalqdır”Ukraynada Rusiya ordsunun həyata keçirdiyi əməliyyatlar plan üzrə, qrafikə ciddi uyğun olaraq gedir və bütün vəzifələr uğurla həll olunur.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə bildirib.

O, rusların və ukraynalıların bir xalq olduğunu vurğulayıb. Prezidentin sözlərinə görə, o, bundan heç vaxt vaz keçməyəcək.
Həbsdə vəfat edən başçının aldığı rüşvətlər – SiyahıAğstafa Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə vəfat edən keçmiş başçısı Nizaməddin Quliyevin Goranboyda vəzifəli şəxslərdən və sahibkarlardan aldığı rüşvətin məbləği məlum olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, istintaq materiallarına əsasən N.Quliyev 2009-cu ilin dekabr ayında Goranboy RİH başçısı vəzifəsində işləyərkən İH-in Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmmədov İlham Həsənqulu oğlunun vasitəsilə Goranboy rayonunun Boluslu bələdiyyəsinin sədri Allahverdiyeva Manya Nadir qızından ümumi himayədarlıq müqabilində 2 400 manat, 2014-cü ilin dekabr ayında 2 000 manat, İ.Məmmədovun vasitəsilə rayonun Nizami bələdiyyəsinin sədri Babayev Məzahir Ağası oğlundan 4 000 manat, 2014-cü ilin dekabr ayında 4 000 manat, İ.Məmmədovun vasitəsilə rayonun Xoylu bələdiyyəsinin sədri İbrahimov Adil Qənbər oğlundan 2 000 manat, 2014-cü ilin dekabr ayında 4 000 manat, rayonun Tapqaraqoyunlu bələdiyyəsinin sədri olmuş və həmin bələdiyyədə vergi toplayan vəzifəsində işləmiş Yusibov Rafiq İsa oğlundan 1 000 manat və 2010-cu ildə 500 manat pul, 2015-ci ilin yanvar ayında isə onun göstərişlərini icra edən İ.Məmmədovun vasitəsilə 1 000 manat pulu xidməti otağında alıb.

N.Quliyevin Goranboy rayonunda rüşvət aldığı digər vəzifəli şəxslər və sahibkarlar bunlardır:

- Goranboy rayonunun Səmədabad bələdiyyəsinin sədri Məmmədov Sahib Abdulla oğlundan 5 000 manat

- Goranboy RİH başçısının Bağçakürd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vəliyev Niyaz Fikrət oğlundan 3 000 manat

- Goranboy rayonunun Todan bələdiyyəsinin sədri İbrahimov Şirin Qələndər oğlundan 8 000 manat

- Goranboy rayonunun Nərimanlı bələdiyyəsində mühasib vəzifəsində işləyən Tağıyev Maqsud Nağı oğlundan 10 000 manat

- Goranboy rayonunun Sarov bələdiyyəsinin sədri Zeynalov Rəşid Camal oğlundan 6 800 manat

- Goranboy rayonunun Zeyvə bələdiyyəsinin sədri İbrahimov Bəhyəddin Ağamalı oğlundan 5 000 manat

- Goranboy RİH başçısının Şadılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hüseynov Əkbər İsgəndər oğlundan 2 000 manat

xar.azAZRUENآذ

Həbsdə vəfat edən başçının aldığı rüşvətlər – Siyahı
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə vəfat edən keçmiş başçısı Nizaməddin Quliyevin Goranboyda vəzifəli şəxslərdən və sahibkarlardan aldığı rüşvətin məbləği məlum olub.

Axar.az Report-a istinadən xəbər verir ki, istintaq materiallarına əsasən N.Quliyev 2009-cu ilin dekabr ayında Goranboy RİH başçısı vəzifəsində işləyərkən İH-in Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmmədov İlham Həsənqulu oğlunun vasitəsilə Goranboy rayonunun Boluslu bələdiyyəsinin sədri Allahverdiyeva Manya Nadir qızından ümumi himayədarlıq müqabilində 2 400 manat, 2014-cü ilin dekabr ayında 2 000 manat, İ.Məmmədovun vasitəsilə rayonun Nizami bələdiyyəsinin sədri Babayev Məzahir Ağası oğlundan 4 000 manat, 2014-cü ilin dekabr ayında 4 000 manat, İ.Məmmədovun vasitəsilə rayonun Xoylu bələdiyyəsinin sədri İbrahimov Adil Qənbər oğlundan 2 000 manat, 2014-cü ilin dekabr ayında 4 000 manat, rayonun Tapqaraqoyunlu bələdiyyəsinin sədri olmuş və həmin bələdiyyədə vergi toplayan vəzifəsində işləmiş Yusibov Rafiq İsa oğlundan 1 000 manat və 2010-cu ildə 500 manat pul, 2015-ci ilin yanvar ayında isə onun göstərişlərini icra edən İ.Məmmədovun vasitəsilə 1 000 manat pulu xidməti otağında alıb.

N.Quliyevin Goranboy rayonunda rüşvət aldığı digər vəzifəli şəxslər və sahibkarlar bunlardır:

- Goranboy rayonunun Səmədabad bələdiyyəsinin sədri Məmmədov Sahib Abdulla oğlundan 5 000 manat

- Goranboy RİH başçısının Bağçakürd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vəliyev Niyaz Fikrət oğlundan 3 000 manat

- Goranboy rayonunun Todan bələdiyyəsinin sədri İbrahimov Şirin Qələndər oğlundan 8 000 manat

- Goranboy rayonunun Nərimanlı bələdiyyəsində mühasib vəzifəsində işləyən Tağıyev Maqsud Nağı oğlundan 10 000 manat

- Goranboy rayonunun Sarov bələdiyyəsinin sədri Zeynalov Rəşid Camal oğlundan 6 800 manat

- Goranboy rayonunun Zeyvə bələdiyyəsinin sədri İbrahimov Bəhyəddin Ağamalı oğlundan 5 000 manat

- Goranboy RİH başçısının Şadılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hüseynov Əkbər İsgəndər oğlundan 2 000 manat

- Hüseynov Elsevər İsmayıl oğlundan Goranboy rayonunun Baytarlıq idarəsinin rəisi vəzifəsinə təyin olunmasına görə 12 000 manat

- Məmmədov Bayram İsa oğlundan Goranboy RİH başçısının Qırıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmasına görə 5 000 manat

- Dəmirov Mücahid Şəmil oğlundan Goranboy RİH başçısının Xanqərvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmasına görə 6 000 manat

- Məhərrəmov Xəyyam Maarif oğlundan Goranboy şəhərinin 25-ci məhəllədə yerləşən 0,0039 ha torpaq sahəsində ticarət obyektinin inşasına icazə verilməsinə görə 7 000 manat

- Yusibov Elçin Hüseyn oğlundan Goranboy rayon uşaq, gənclər və idman şahmat məktəbinin direktoru vəzifəsinə təyin olunmasına görə 5 000 manat

- Goranboy RİH başçısının Qazanbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdullayev Eldar Əzim oğlundan 1 000 manat

- Goranboy RİH başçısının Muzdurlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səfərov Rza Həmid oğlundan 3 000 manat

- İsayev Mehman Zahid oğlundan Goranboy RİH başçısının Qızılhacılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunmasına görə 4 000 manat

- Goranboy rayonunun Səfikürd bələdiyyəsinin sədri Vəliyev Eldar Vəli oğlundan 5 000 manat

- Goranboy rayonunun Qarqucaq bələdiyyə sədri İbrahimov Rəmzi Abduləzim oğlundan 1 000 manat

- Goranboy rayonunun Hazırəhmədli bələdiyyəsinin sədri Alıyev Rövşən İsgəndər oğlundan 2 000 manat

- Goranboy rayonunun Dəliməmmədli bələdiyyəsinin sədri İsgəndərov Sübhan Rizvan oğlundan 3 000 manat

- Goranboy rayonunun Goranlı bələdiyyəsinin sədri İmamverdiyeva Şümşəd Teymur qızından 1 800 manat

- Goranboy rayonunun Qızılhacılı bələdiyyəsinin sədri Allahverdiyev Məzahir Bəhram oğlundan 500 manat

- Yusifov Fazil Əkbər oğlundan Dövlət ehtiyat fondu torpaq sahəsindən 6250 kv.metr torpaq sahəsinin ona icarəyə verilməsinə görə 20 000 manat

Goranboy rayonunun Qaradağlı bələdiyyəsinin sədri Hüseynov Elmir Talış oğlundan 2 000 manat

- Goranboy rayonunun Fəxralı bələdiyyəsinin sədri Vəliyeva Sevda Cəlil qızından 3 500 manat

- Goranboy rayonunun Rus Borisi bələdiyyəsinin sədri Artyux Veronika Vasilyevnadan 2 600 manat

- Goranboy rayonunun Aşağı Ağcakənd bələdiyyəsinin sədri Kərimov Səbuhi Sahib oğlundan 2 000 manat

- Goranboy rayonunun Qaraçinar bələdiyyəsinin sədri Hüseynov Şakir Yusif oğlundan 4 500 manat

- Goranboy rayonunun Qaramusanlı bələdiyyəsinin sədri Əliyev Azim Əli oğlundan 1 000 manat

- Goranboy rayonunun Borsunlu bələdiyyəsinin sədri İsmayılov Elşad Həmid oğlundan 5 000 manat

- Goranboy rayonunun Rəhimli bələdiyyəsinin sədri İbrahimov Ülfət Mustafa oğlundan 2 000 manat

- Goranboy rayonunun Nadirkənd bələdiyyəsinin sədri Ağayev Əli Həsən oğlundan 5 000 manat

- Goranboy rayonunun Xanqərvənd bələdiyyəsinin sədri Qasımov Natiq Tofiq oğlundan 7 000 manat

- Zeynalov Niyazi Bəkir oğlundan Goranboy RİH başçısının Düz Qışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmasına görə 5 500 manat

- Goranboy rayonunun Qırıqlı bələdiyyə sədri Bağırov Nəsimi Nizami oğlundan 2 000 manat

- Əliyev Əli İbrahim oğlundan Goranboy RİH başçısının Kəhrizli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunmasına görə 2 000 manat

- Alxanov Tacəddin Əmrah oğlundan Goranboy rayonunun 11 nömrəli yaylaq ərazisində 50 ha torpaq sahəsinin icarəyə verilməsinə görə 3 000 manat

- Əliyev İlham Ənvər oğlundan Goranboy RİH başçısının Borsunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmasına görə 5 000 manat

- Goranboy rayonunun Düzqışlaq bələdiyyəsinin sədri Əliyev İlqar Arif oğlundan 1 500 manat

- Goranboy rayonunun Muzdurlar bələdiyyəsinin sədri Əliyev Rövşən Nəsib oğlundan 1 000 manat

- Ziyadov Şəmsi Şəmistan oğlundan Goranboy RİH başçısının Boluslu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmasına görə 7 600 manat

- Goranboyda 0,40 ha torpaq sahəsinin Cəfərov Mehman Əli oğlunun adına rəsmiləşdirilməsi müqabilində ondan 17 000 manat

- Həsənov Hafis Yunis oğlundan Goranboy RİH başçısının Baxçakürd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmasına görə 6 000 manat

Mirzəyev Rəşad Rizman oğlundan Goranboy RİH başçısının Dəyirmanlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmasına görə 8 000 manat

- Namazov Seymur Namiq oğlundan Goranboy RİH başçısının Quşçular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmasına görə 3 000 manat

- Mustafayev Məhəmməd Əli oğlundan Goranboy RİH başçısının Yolqullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunmasına görə 2 000 manat

- Goranboy rayonunun Yolpaq bələdiyyəsinin üzvü Mirzəliyeva Şükufə Rafiq qızından 3 000 manat

- Goranboy rayonunun Tatarlı bələdiyyəsində vergi toplayan vəzifəsində işləyən Həsənəliyev Rəfail Əvəz oğlundan 3 000 manat

- Verdiyev Elşən Həsən oğlundan Goranboy RİH başçısının Nadirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində saxlanılmasına görə 5 000 manat

- Səfərov Cavid Əbilfət oğlundan Goranboy RİH başçısının Nadirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunmasına görə 2 000 manat

- Muradov Nizami Bayram oğlundan Goranboy RİH başçısının Səfikürd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmasına görə 4 000 manat

- Goranboy RİH başçısının Səfikürd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi Məhərrəmova Amalya Allahverdi qızından 2 000 manat

- Hüseynov Yasin İslam oğlundan Goranboy rayonunun “Acı Dərə” massivində yerləşən 48 saylı qışlaqdan 900 hektar torpaq sahəsinin icarəyə verilməsinə görə 15 000 manat

- Əzizov Fətulla Eldar oğlundan Goranboy RİH başçısının Tatarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmasına görə 4 000 manat

- Aslanov Ramiz Rasim oğlundan Goranboy RİH başçısının Qarqucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmasına görə 1 000 manat

- İbrahimov Ürfan Həvil oğlundan Goranboy RİH Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmasına görə 5 000 manat

- Əliyev Nuşirəvan Sarı oğlundan Goranboy RİH başçısının Nərimanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmasına görə 3 000 manat

- Quliyev Tofiq Bəşir oğlunun Goranboy RİH başçısının Xoylu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmasına görə 5 000 manat

- Qədimov Şaiq Aslan oğlunun Goranboy RİH başçısının Qızılhacılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmasına görə 3 000 manat rüşvət alıb.

Bundan başqa, N.Quliyev Goranboy RİH tabeliyində olan Mənzil-kommunal təsərrüfat birliyinin baş direktoru Ağakişiyev Səfael Qaçay oğlu və onun müavini Ələsgərov Emin Səbuhi oğluna verdiyi göstərişlər əsasında, həmin müəssisənin fəaliyyətində işə davamiyyətləri olmadığı, habelə əmək funksiyalarını və vəzifə səlahiyyətlərini yerinə yetirmədikləri halda 29 nəfərin əmək haqqı kartlarına köçürülən 27 988 manat pulu ələ keçirib.

Eyni zamanda o, dövlət büdcəsinin Goranboy rayon üzrə yerli gəlir və xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə düzgün xərclənməsini təşkil etməyərək ümumilikdə 58 784 manat pulu mənimsəyib.

Qeyd edək ki, N.Quliyev və sabiq müavini Ramiz Tatarov 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və R.Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.

2021-ci il sentyabrın 7-də N.Quliyev Gəncə şəhər modul tipli xəstəxanasında koronavirusdan vəfat edib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, N.Quliyevin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Onun əmlakının üzərinə qoyulmuş həbs götürülüb.

Məhkəmə R.Tatarovun ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi müddət keçdiyi üçün ittihamdan çıxarılıb və cəzası 3 ay azaldılıb.
Rus ordusu Xerson Administrasiyasını ələ keçirdiRus ordusu Xerson Regional Dövlət Administrasiyasının binasını ələ keçirib.

Axar.az xəbər verir ki, bu barədə Xerson Regional Dövlət Administrasiyasının rəhbəri Gennadi Laquta Feysbuk səhifəsində məlumat verib.

“Ruslar Xerson Administrasiyasının binasını tamamilə zəbt ediblər. Bununla belə, biz öz vəzifələrimizdən əl çəkməmişik. Rəhbərlik etdiyim regional operativ qərargah öz fəaliyyətini davam etdirir və rayon sakinlərinə yardımla bağlı aktual məsələləri həll edir. Biz humanitar yardım gözləyirik”, - Laquta yazıb.
Rusiyalı general Ukraynada öldürüldüRusiya Quru Qoşunlarının 41-ci ümumqoşun ordusunun komandir müavini, general-mayor Andrey Suxovetski Ukraynada öldürülüb.

Axar.az xəbər verir ki, bunu Rusiya Desantçılar İttifaqının Kirov şəhərindəki şöbəsinin rəhbəri Sergey Çipilev deyib.

Andrey Suxovetski həm də Rusiya desant-dağ diviziyasının komandiri idi.
Rusiya-NATO toqquşması ehtimalı artır - ŞƏRH“Ukraynada müharibə uzanarsa, Rusiya-NATO toqquşması ehtimalı artacaq”.

Avrasiya.net xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

“Birincisi, Ukrayna uğrunda savaşmaq istəyən xarici ölkə vətəndaşları Kiyevə axın etməyə başlayıblar. Savaşmaq istəyənlər arasında NATO-ya üzv ölkələrinin vətəndaşları da var. İkincisi, NATO ölkələri Ukraynanı silahlandırır. Rusiya Ukrayna ərazisini bombardman edərkən həmin silahların çatdırılma məntəqələrini hədəf ala bilər. Üçüncüsü, Rusiya Ukraynaya Qara dənizdən də hücum təşkil edib. Rusiyanın NATO-ya üzv ölkələrdən birinin Qara dənizdə üzən hərbi gəmisini və ya bölgə üzərində uçuş həyata keçirən təyyarəsini vura bilmə ehtimalı artır”.


Ekspert deyib ki, indi əsas sual budur: Rusiya bilərəkdən və ya bilməyərəkdən NATO-ya məxsus gəmini və ya hərbi təyyarəni vurarsa və bu zaman hərbçilər ölərsə, Şimali Atlantika Blokunun reaksiyası necə olacaq?

“Bu Moskvanın özünü necə aparacağından asılıdır. Rusiya üzr istəyərsə gərginlikdən qurtulmaq mümkündür. Yox, əgər Rusiya vurduğu hərbi gəmi və hərbi təyyarəyə görə haqlı olduğunu israr edərsə, NATO adekvat addımlar barədə düşünəcək. Bu halda haqqında çox danışılan üçüncü dünya müharibəsi risqi artacaq”.
39 ölkə Rusiyanı Haaqa Məhkəməsinə verdiRusiyanın Ukraynaya hücumu nəticəsində hərbi və insanlığa qarşı cinayətlərlə bağlı təhqiqat davam edir.

Bunu Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan deyib.

Xan bildirib ki, beynəlxalq quruma Ukraynadakı vəziyyətlə bağlı 39 ölkədən müraciət daxil olub:

“Bu təhqiqat 2013-cü il noyabrın 21-dən Ukraynada törədilmiş hərbi, insanlıq əleyhinə cinayətlər və ya soyqırım ilə bağlı keçmiş və ya hazırki iddiaları əhatə edir”.
200 azərbaycanlı Odessadan çıxarıldıDaha 200 azərbaycanlı Odessadan Moldova sərhədinə yola salınıb.

Bu barədə "Birlik" Odessa azərbaycanlıları Diaspora təşkilatının rəhbərlərindən biri olan Anar Natiqoğlu bildirib.

“Birlik" Odessa diaspor təşkilatı olaraq Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət komitəsinin dəstəyi ilə bu gün daha 200-ə yaxın soydaşımızı şəhərimizdən Moldova sərhədinə təxliyəsini uğurla başa çatdırdıq. Tanrı dövlətimizi, millətimizi var eləsin”, - o vurğulayıb.
Ermənistan Zəngəzur dəhlizinin tikintisinə başladığını ELAN ETDİErmənistanın baş naziri Nikol Paşinyan Arazdəyən-Sədərək-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun (Zəngəzur dəhlizi) Ermənistan hissəsində çöl işlərinə başlandığını açıqlayıb.

"Ümid edirəm ki, buna paralel olaraq biz 2021-ci ildə Soçi və Brüsseldə üçtərəfli görüşlər zamanı əldə edilmiş razılaşmaları de-yure təsbit edəcəyik”, - deyə o bildirib.

 N.Paşinyan onu da əlavə edib ki, Ermənistan Zəngəzur dəhlizindən keçəcək avtomobil yolları üçün də mümkün marşrutlar, o cümlədən yeni yolların tikintisi üzərində işləyir.

"Bizim bu marşrutların Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi ilə inteqrasiyası məsələsini müzakirə etməyimiz də vacibdir", - Paşinyan bildirib.

Sabah Cənubi Qafqaz Dəmir Yolunun mütəxəssisləri və nümayəndələrindən ibarət işçi qrupu dəmir yolunun 43 kilometrlik hissəsində qiymətləndirmə işləri aparmaq üçün Meğriyə yola düşəcək.

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan isə bildirib ki, layihənin texniki tapşırığını tərtib etməzdən əvvəl Zəngəzur dəhlizinin Meğri və Arazdəyən rayonlarındakı 43 kilometrlik hissəsində ilkin işlərin aparılması təklif edilib.

Söhbət geodeziya işlərindən gedir. Tədqiqat nəticəsində meyarlar müəyyən edilməlidir ki, bunun əsasında texniki şərtlərin layihələndirilməsi və hazırlanması üzrə işlərin sifarişi veriləcək.

"Həmin ərazilərdə tunellər, stansiyalar, keçidlər, suvarma boruları yoxlanılacaq. Onların vəziyyətinin peşəkar şəkildə qiymətləndirilməsinə ehtiyac var. Ona görə də biz ora ixtisaslaşmış qrup göndəririk ki, araşdırma aparılsın", - nazir bildirib.

Qrup əsasən Ermənistan Milli Memarlıq və İnşaat Universitetinin alim və mütəxəssislərindən ibarətdir. Onlarla “Cənubi Qafqaz Dəmir Yolu” QSC-nin (CQDK) iki nümayəndəsi işləyəcək.

Ermənistan-Azərbaycan dəmir yolunun bərpası proqramının işçi qrupunun rəhbəri Artaşes Tumanyan qeyd edib ki, bölgəyə ezam olunan qrup tikintiyə mane ola biləcək bütün obyektləri qeydə alacaq.

Hökumətin məlumatına görə, Arazdəyən-Sədərək-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolununun Ermənistan hissəsinin bərpasına çəkilən xərclər təxminən 226 milyon dollar təşkil edəcək.