Azərbaycanda mültikulturalizm – Rusiya çapında

Azərbaycanda mültikulturalizm – Rusiya çapındaAzərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tolerantlığın, multikulturalizmin Azərbaycan modeli dünya mediasında” layihəsi çərçivəsində hazırladığı növbəti məqalə Rusiyanın nüfuzlu http://www.politrus.com-da (informasiya-analitik portalı) dərc olunub.

Yazıda qeyd olunub ki, multikulturalizm və tolerantlıq milli mənsubluğundan, dinindən, dilindən asılı olmayaraq Azərbaycan Respublikasının hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib.

Müxtəlif sivilizasiyaların qovuşduğu məkanda yerləşən Azərbaycan uzun əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin sülh və firavanlıq, qarşılıqlı anlaşma şəraitində yaşadığı diyar kimi şöhrət qazanıb.
Müəllif Rusiya oxucusuna ölkəmizdə vətəndaşlarının vicdan azadlığı hüququnun Azərbaycan Respublikasının Konstitusiyasında, “Dini etiqad azadlığı haqqında” Qanunda daha geniş əks olunduğundan bəhs edib. Konstitusiyanın 48-ci maddəsinə əsasən, hər bir vətəndaşın vicdan azadlığı, dinə münasibətini sərbəst müəyyənləşdirmək, öz əqidəsini sərbəst ifadə etmək və yaymaq, dini ayinləri sərbəst icra etmək hüququ vardır.
Daha sonra tolerantlıq və multikulturalizmlə bağlı ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdən, forumlardan söz açılıb. Ümummilli liderimiz Heydər Əliyev və cənab Prezident İlham Əliyevdən sitatlar gətirilib. Qeyd olunub ki, Azərbaycan xalqının multikultural ənənələrinin qorunub saxlanması sahəsində Ümummilli Lideri Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir.

Yazının tam mətni aşağıdakı linkdə:

http://www.politrus.com/2022/03/01/azerbaycan-analytics-2/

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər