Rus ordusu Xerson Administrasiyasını ələ keçirdi
Dərc olunub:
3-03-2022, 16:36
Rus ordusu Xerson Regional Dövlət Administrasiyasının binasını ələ keçirib.
Axar.az xəbər verir ki, bu barədə Xerson Regional Dövlət Administrasiyasının rəhbəri Gennadi Laquta Feysbuk səhifəsində məlumat verib.
“Ruslar Xerson Administrasiyasının binasını tamamilə zəbt ediblər. Bununla belə, biz öz vəzifələrimizdən əl çəkməmişik. Rəhbərlik etdiyim regional operativ qərargah öz fəaliyyətini davam etdirir və rayon sakinlərinə yardımla bağlı aktual məsələləri həll edir. Biz humanitar yardım gözləyirik”, - Laquta yazıb.