Rusiya və Belarus idmançıları Pekin oyunlarından kənarlaşdırılıb
Dərc olunub:
3-03-2022, 12:29
Beynəlxalq Paralimpiya Komitəsi (IPC) kütləvi boykot təhlükəsi ilə əlaqədar Rusiya və Belarus idmançılarının Pekin Oyunlarında iştirakını dayandırıb.
Bu barədə təşkilatın rəsmi saytı xəbər verir. "Son 12 saat ərzində çoxlu sayda iştirakçı bizimlə əlaqə saxladı. Onlar bizə dedilər ki, qərarımızı yenidən nəzərdən keçirməsək, bu, 2022-ci il Paralimpiya Oyunları üçün ciddi nəticələrə səbəb olacaq”. - IPC rəhbəri Con Parsons bildirib. O. Rusiya Paralimpiya Komitəsinin qərarıdan məhkəməyə etiraz etmək hüququnu özündə saxladığını bildirib.