KXDR lideri Üçüncü Dünya Müharibəsinə hazırlıq barədə göstəriş verib

KXDR lideri Üçüncü Dünya Müharibəsinə hazırlıq barədə göstəriş veribKoreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Üçüncü Dünya Müharibəsinin başlanacağı barədə iddialarla çıxış edib.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, bu barədə “Daily Star”a məlumat yayıb.

Məlumata görə, Şimali Koreya lideri komandanlarına Üçüncü Dünya Müharibəsinə hazırlaşmağı tapşırıb.

Şimali Koreya lideri Əmək Partiyasının üzvlərinə səfərbərliyə hazır olmaları barədə tapşırıq verib. Kim Çen Inın Şimali Koreya komandanlarına “Üçüncü Dünya Müharibəsinə hazır olun” göstərişi verdiyi iddia edilir.

“Radio Free Asia” radiosuna danışan KXDR rəsmilərindən biri deyib ki, partiya Mərkəzi Komitəsi bütün təşkilat üzvlərinə Şimal Koreyanın müttəfiqi Rusiyanın müharibədə olduğunu bildirib: “Komitə hər kəsin səfərbərlik üçün hazır olmasını istədi”

Öz növbəsində Şimali Koreyanın Xarici İşlər Nazirliyi də ABŞ və Qərbin yürütdüyü siyasəti tənqid edib. Şimali Koreya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Birləşmiş Ştatlar və Qərb NATO-nun şərqə doğru genişlənməsini davam etdirir, Avropanın təhlükəsizlik mühitini pozurlar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər