Bakıda 16 yaşlı qız itkin düşüb
Dərc olunub:
3-03-2022, 09:51
Bakıda 16 yaşlı qız itkin düşüb.
“Report”un əldə etdiyi məlumata görə, hadisə martın 2-də paytaxtın Nərimanov rayonu, Ə.Əliyev küçəsində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Bənövşə Xəlilova saat 21 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis Şöbəsində araşdırma aparılır.