“AOPE” – Qrant müsabiqəsinin qalibi

“AOPE” – Qrant müsabiqəsinin qalibiQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ötən il elan etdiyi qrant müsabiqəsinin qaliblərindən olan “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyi layihənin icrasına start vermişdir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Layihə çərçivəsində işğaldan azad edilmiş rayonlardan olan sahibkarlar üçün yaşıl artım və dayanıqlı inkişaf sahəsində peşəkar təlimlərin verilməsi və 200 nəfərədək iş adamının da iştirakı planlaşdırılan konfransın keçirilməsi planlaşdırılır.

Layihənin əsas məqsədi “Böyük Qayıdış” gedişatında yerli sahibkarların yaşıl artım, orqanik məhsul istehsalı, ekoloji tullantıları az olan və idarə edilən, ekoloji balansın qorunmasına xidmət edən bizneslərin yaradılmasına üstünlük vermələrinə təşviq xarakterlidir. İlk təlim fevral ayında Biləsuvar rayonu ərazisində həyata keçirilmişdir. Növbəti təlim isə Mart ayının 4-də Abşeron rayonu Masazır qəsəbəsi ərazisində məskunlaşmış keçmiş məcburi köçkünlərə veriləcəkdir. May ayında isə yekun konfrans olacaqdır. Konfransda ekspertlərin də iştirakı ilə 3 panel müzakirələrinin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” 2019-cu ildə təsis edilərək dövlət qeydiyyatına alınmışdır. Bu günədək 12 layihə icra edilmiş və müxtəlif həcmli tədbirlər keçirilmişdir. İctimai Birliyin əsas məqsədi ölkəmizdə orqanik məhsul istehsalının populyarlaşdırılması, yaşıl artım startegiyasına uyğun, o cümlədən ekoloji tarazlığın qorunmasına xidmət edən layihələrin icra edilməsidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər