Bolqarıstan iki rus diplomatını ölkədən çıxartdı
Dərc olunub:
3-03-2022, 11:42
Rusiyanın Sofiyadakı səfirliyində çalışan iki diplomat casusluq ittihamı ilə “persona non-qrata” elan edilib.
Axar.az xəbər verir ki, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Adları açıqlanmayan rus diplomatlara ölkəni tərk etmələri üçün 48 saat vaxt verilib.
Bildirilir ki, təhlükəsizlik orqanları Bolqarıstanda diplomatik toxunulmazlığı olan iki şəxsin casusluq fəaliyyəti ilə bağlı sübutları xarici işlər naziri Teodora Qançovskaya çatdırıb.