Siyəzəndə yeniyetmələr arasında şahmat turniri təşkil olunub
5 Mart “Bədən Tərbiyəsi və İdman günü” münasibəti ilə 10-14 yaşlı yeniyetmə oğlanlar və qızlar arasında şahmat turniri təşkil olunub.
2-3 mart tarixlərində Gənclər Mərkəzində “İdman həftəsi” çərçivəsində Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 42 yeniyetmə şahmatçı yerlər uğrunda mübarizə aparıb.
Turnir 5 Mart “Bədən Tərbiyəsi və İdman günü”nün qeyd olunması, şahmatın Siyəzən rayonunda inkişaf etdirilməsi, yeniyetmə şahmatçıların oyun təcrübəsinin artırılması, həmçinin bu idman növü üzrə ən güclülərin müəyyən olunması məqsədi daşıyıb. 2 gün davam edən turnirin nəticəsinə görə oğlanlar arasında şəhər 6 saylı məktəb-liseyin şagirdləri Qurbanlı Əli və Allahverdiyev Amid I və II yerləri bölüşüblər. Şəhər 1 saylı tam orta məktəbin şagirdi Adayev Yavər isə III olub. Qızlar arasında şəhər 3 saylı tam orta məktəbin şagirdləri Həsənova Qızılgül, Zərbəliyeva Fidan və Əsgərova Leyla müvafiq olaraq I, II və III yerləri tutublar.
Təltif olunma mərasimində yarışda ilk üç yeri tutan yeniyetmə şahmatçılara Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və medallar təqdim edilib.
#Gənclərİdman #İdmanHəftəsi2022 #Azərbaycanİdmanı #AZEsport #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz