Sizin Reklam Burada

Ermənistanda yeni prezident seçildi

Ermənistanda yeni prezident seçildiErmənistan parlamenti bu gün səsvermənin ikinci turunda Vahan Xaçatryanı ölkənin yeni prezidenti seçib.

Avrasiya.net xəbər verir ki, onun namizədliyinin lehinə 71 deputat səs verib. Bunlar hakim “Mülki müqavilə” fraksiyasının nümayəndələridir.

Birinci turda hakimiyyətdən olan deputatlar yüksək texnologiyalar sənayesi nazirini prezident seçə bilməmişdilər – Xaçatryana 10 səs kifayət etməmişdi.

İkinci turda seçki üçün tələb olunan daha az sayda səs nəzərdə tutulurdu.

Müxalifətin “Hayastan” və “Mənim şərəfim var” fraksiyaları öz namizədlərini irəli sürməyib və seçkini boykot edib.

Xatırladaq ki, yanvarın 23-də Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan istefa vermişdi.

Yeni prezident Vahan Xaçatryan 22 aprel 1959-cu ildə Sisiyan şəhərində anadan olub.

1980-ci ildə İrəvan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib.

1982-1989-cu illərdə "Razdanmaş" İstehsalat Birliyində işləyib, 1989-1992 –ci illərdə "Mars" dövlət müəssisəsinin baş direktorunun müavini postunda çalışıb.

1990-1996 –cı illərdə İrəvan Şəhər Şurasının üzvü olub.

1995-1999 –cu illərdə Ermənistan parlamentinin deputatı olub.

1996-1998 –ci illərdə Ermənistan prezidentinin müşaviri postunu tutub.

2000-ci ildə “Armat” Demokratiyanın və Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Mərkəzinin təsisçi üzvü, 2002-ci ildə Siyasi Elmlər, Hüquq və İqtisadi Araşdırmalar Mərkəzinin vitse-prezidenti olub.

2019-2021 –də “Armeconombank” ASC-nin İdarə Heyətinin üzvü olub.

2021-ci il avqustun 4-də Ermənistan Respublikasının yüksək texnologiyalar sənayesi naziri təyin edilib.

Ailəlidir, iki övladı var.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər