"Müasir Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevdir" mövzusunda anım tədbiri keçirilibDekabrın 10-da Heydər Əliyev Mərkəzində Siyəzən Rayon Gənclər və İdman İdarəsinin və Mərkəzin birgə təşkilatçılığı ilə "Müasir Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevdir" mövzusunda anım tədbiri keçirilib.

Tədbirin təşkili Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin irsinin, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliği məqsədi daşımışdır. Tədbirin açılış mərasimində əvvəlcə Ümummilli lider Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev, Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülnar Muradova və şəhər 2 saylı məktəbin müəllimi Xumar Mirzəməmmədova çıxış edərək bildiriblər ki, Heydər Əliyev bütün fəaliyyəti boyu öz qlobal düşüncə tərzi, müdrik və uzaqgörən siyasəti, nadir liderlik keyfiyyətləri, güclü milli iradəsi, xüsusi idarəçilik istedadı və rəhbərlik bacarığı ilə Ümummilli Lider səviyyəsinə yüksəlmiş və adı dünya tarixinə düşmüş görkəmli siyasi və dövlət xadimi, tarixi şəxsiyyət olmuşdur. Vətənə məhəbbət, Azərbaycan xalqına və dövlətinə bağlılıq onu bütün həyatı boyu fərqləndirmişdir. İstər sovet hakimiyyəti dönəmində fəaliyyət göstərdiyi bütün sahələrdə, istərsə də müstəqillik dövründə Heydər Əliyev daim öz doğma ölkəsinə ləyaqətlə xidmət etmiş, ölkəni geridə qalmış aqrar respublikadan güclü elmi-texniki potensiala malik, dinamik inkişaf edən sənaye dövlətinə çevirmiş, onun sosial-iqtisadi və mədəni tərəqqisini təmin etmiş, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması, milli elitanın formalaşdırılması, sağlam və intellektual gənc nəslin yetişdirilməsi istiqamətində misilsiz nailiyyətlər qazanmışdır.

Çıxışlardan sonra Ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən film nümayiş edilib. Daha sonra Mərkəzin muzeyinə tədbir iştirakçıları üçün ekskursiya təşkil olunub. Ekskursiya zamanı gənclərə dünyaşöhrətli siyasətçi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib. Ekskursiya zamanı tədbir iştirakçıları Ümummilli liderin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən fotolar, arxiv sənədlərinin surətləri, eləcə də müxtəlif eksponatlarla tanış olublar.

Üç qat Dünya çempionu şagirdlərlə görüşübQobustan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Çempionumuz” layihəsi çərçivəsində karate üzrə 11 qat ölkə və 3 qat Dünya çempionu İbad Vaqif oğlu Rzazadə ilə Ağasəf Qayıblı adına Qobustan şəhər 1 saylı tam orta məktəbinin şagirdlərinin görüşü keçirilib.

Əməkdar idman ustası İbad Rzazadənin qazandığı uğurlar barədə ətraflı məlumat verilib. Onun idman həyatı haqqında videoçarx nümayiş etdirilib.
Gənclər və İdman İdarəsinin rəis müavini Vüqar Mürsəlov çıxış edərək qeyd edib ki, İbad Rzazadə 1993-cü ildə Qobustan şəhərində anadan olub, şəhər 1 saylı tam orta məktəbində təhsil alıb. İdmana böyük həvəsi olan İbad 2000-ci ildən əvvəl cüdo idman növü ilə, daha sonra isə karate ilə məşğul olmuşdur. İlk uğura 2009-cu ildə Gürcüstanda Avrasiya çempionatında qalib olmaqla nail olmuşdur. 2016-2018-ci illərdə Qocyu-ryu okinava karate və kobudo-kempo idman növü üzrə 3 qat Dünya çempionudur. Bundan əlavə İbad Rzazadə 11 qat Azərbaycan çempionudur.

Görüşdə karate üzrə III dan kəmər ustası, əməkdar idman ustası İbad Rzazadə çıxış edərək idman həyatında qazandığı nailiyyətlər haqqında xatirələr söyləyib, şagirdlərin çoxsaylı suallarını cavablandırıb.
Sonda idmançıya rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanı təqdim edilib.



Sərhəddə atışma: Ermənistan itkilərini açıqladıBu gün Azərbaycanla sərhəddə baş verən atışma nəticəsində Ermənistan ordusunun 1 əsgəri ölüb, bir neçə yaralı var.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan MN yaralıların sayının dəqiqləşdirildiyini bildirib.

Qeyd edək ki, Azərbaycan MN bu gün saat 12:00-dan etibarən düşmənin Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd etdiyini açıqlayıb.

"Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - rəsmi açıqlamada bildirilib.
Ümummilli lider Heydər Əliyev Pakistanda anılıb
Pakistan-Azərbaycan Alunmi Assosiasiyası (PAAA) və Azərbaycan Respublikasının Pakistandakı səfirliyi İslamabad COMSATS Universiteti ilə birgə ümummili liderimizin vəfatının növbəti ildönümünə həsr olunmuş “Görkəmli liderlərin Gənclər Siyasəti: Heydər Əliyev və Məhəmməd Əli Cinnah” mövzusunda seminar təşkil edib. Seminarda gənclər liderləri, akademiklər, yazıçılar, media nümayəndələri, diplomatlar və universitet tələbələri iştirak ediblər. PAAA-nın İcraçı Üzvü Dr. Aneela Maalik seminarın moderatorluğu ilə dinləyicilərə mərhum Heydər Əliyev və Məhəmməd Əli Cinna haqqında məlumat verib.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Azərbaycanın müstəqillik əldə etdiyi zaman iqtisadi və siyasi böhran ərəfəsində olduğunu bildirmiş, ulu öndərin hakimiyyətə gəlişi ilə ölkədə sürətli yüksəliş, milli ruhun inkişafı və mənəvi tərəqqi dövrü olduğunu deyib.

Ümummilli liderin zəngin və parlaq dövlətçilik fəaliyyətində gənclər siyasətinin hər zaman xüsusi rol oynadığını qeyd edən Fərhadov ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinə hər zaman böyük ümidlər bəslədiyini bildirib və Azərbaycanın gələcəyinin gənclərin əlində olduğunu dönə-dönə bildirib.
Səfir daha sonra Pakistanın ümummilli lideri Məhəmməd Əli Cinnah və onun Pakistan və gənclərin inkişafı istiqamətində apardığı uğurlu siyasətdən danışıb.

Səfir ümummilli lider Heydər Əliyevin gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. X.Fərhadov onu da qeyd edib ki, Azərbaycanda dövlət gənclər siyasətinin daha da inkişaf etdirilməsi, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakının təmin edilməsi, aparıcı qüvvəyə çevrilməsi və dövlət qulluğunda mühüm yer tutması üçün ölkə rəhbərliyi tərəfindən bütün zəruri tədbirlər həyata keçirilib, mühüm dövlət proqramları qəbul edilib ki, onların sosial-iqtisadi problemləri həll olunsun.

COMSATS Universitetinin Beynəlxalq Ofisinin rəhbəri Mohammad Ali Tavab Baloch və xanım Aqeela Asif hər iki liderin ölkələrinin inkişafı və firavanlığı naminə həyata keçirdikləri uzaqgörən siyasətləri, xüsusilə gənclərlə bağlı islahatlar barədə fikirlərini bölüşüblər.

Pakistan-Azərbaycan Məzunları Assosiasiyasının təsisçi prezidenti Qaiser Navab çıxışında bildirib ki, bu, 2017-ci ildə 4 il əvvəl bu böyük universitetdə PAAA-nın yaradılması ilə başlayan seminarları seriyasının davamıdır. O, daha sonra bildirib ki, PAAA-nın missiyası sülh, harmoniya, qardaşlıq, davamlılığı təşviq etməkdir. Bütün bunlara etimad yaratmaq və böyük sufilər və ümummilli liderlər tərəfindən təbliğ olunan xeyirxahlıq, məhəbbət və təlimlərdə iştirak etməklə nail olmaq olar. Dünyanın etimada ehtiyacı var. İnsanlar, icmalar, ölkələr və regionlar arasında etimad olmadan inklüziv inkişafa nail ola bilmərik. vurğuladı

Cənab Navab müəyyən edib ki, təhsil, elektron ticarət, idman, ifaçılıq sənəti, mədəniyyət mübadiləsi və gənclər diplomatiyası hər iki qardaş ölkənin qarşılıqlı əməkdaşlıq potensialına malik olduğu əsas sahələrdir.

Cənab Navab seminarın mövzusunu açıqlayaraq, onun baxış, liderlik və gənclərin inkişafı üçün əhəmiyyəti ilə bağlı olduğunu deyib. Bu məsələ müasir, regional və qlobal problemlərin gənclərin qərar qəbuluna cəlb edilməsi yolu ilə həlli üçün çox aktualdır. Gənclərin İnkişafı Pakistan İslam Respublikası və Azərbaycan Respublikasının ən mühüm prioritetlərindən biridir. Hər iki qardaş ölkənin uzaqgörən qurucu rəhbərliyi gənclərin inkişafı və dövlət quruculuğundakı rolu ilə bağlı güclü baxışlara malikdir.

Sonda cənab Nəvab bildirib ki, ulu öndərlərin, mərhum Heydər Əliyevin və Məhəmməd Əli Cinnanın baxışları qlobal böhranların həllində bizə dəstək ola bilər və bu böhranlar etimad, ləyaqət, sevgi və qarşılıqlı anlaşma yolu ilə davamlı şəkildə həll edilə bilər və edilməlidir.

Tədbirin sonunda universitetin kitabxanasına ümummilli lider Heydər Əliyev haqqında müxtəlif kitablar və materiallar hədiyyə edilib.



Tatar türk xalqına başsağlığı veribŞimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar İraqın şimalında Pəncə-İldırım əməliyyatı bölgəsində terrorçuların xain hücumu nəticəsində şəhid olan Türkiyə Silahlı Qüvvələrinin 3 əsgəri üçün başsağlığı verib.

Avrasiya.net-in xəbərinə görə, Türkiyənin sərhəd təhlükəsizliyinə qarşı bütün terror təhdidlərini aradan qaldıracağına inandığını vurğulayan prezident Tatar daha sonra ​​bunları qeyd edib: "Pəncə-İldırım əməliyyatı bölgəsində terrorçuların xain hücumu nəticəsində 3 qəhrəman Mehmetçiyin şəhid olmasından təəssüf keçirir və dərindən kədərləndiyimi ifadə edirəm.

Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda PKK-ya qarşı başlatdığı sərhəd əməliyyatının davamı olan Pəncə-İldırım əməliyyatlarının bütün bu xain hücumlara baxmayaraq müvəffəqiyyətlə nəticələnəcəyinə və Ana Vətən Türkiyənin sərhəd təhlükəsizliyinə qarşı bütün terror təhdidlərinin aradan qaldırılacağına əminəm.

Buna tam inanıram. Böyük kədərə səbəb olan bu hadisədə dünyasını dəyişən qəhrəman şəhidlərimizi rəhmətlə yad edərkən baş vermiş faciə ilə əlaqədar onların ailələrinə və türk millətinə öz adımdan və ölkəm adından başsağlığı verirəm".
Xorvatiyalı hakim "Qarabağ"ın futbolçusundan üzr istəyibHakimin qərarını siz necə qarşıladınızsa, biz də elə qarşıladıq. Sadəcə, belə qərarın verilməsi biabırçılıq idi.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Report-a açıqlamasında "Qarabağ"ın Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə İsveçrədə "Bazel"ə qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda üzləşdikləri hakim ədalətsizliyindən danışarkən deyib.

O, Abdullah Zubirin 2-ci dəqiqədəki qolunda topun qapı xəttindən iki metrədək içəri keçdiyini və hakimlərin bunu görmədiyini bildirib:

"Bəziləri düşünə bilər ki, 3 top fərqi ilə məğlub olmuşuq. Amma futbolu yaxından izləyənlər və dərindən bilənlər erkən qolun bütün matçın axarını dəyişə biləcəyindən xəbərdardırlar. Artıq bu qoldan sonra üstünlük, həm mənəvi, həm psixoloji, həm də hesab baxımından bizim tərəfimizdə olacaqdı. Belə olan halda oynamaq daha rahat olardı".

Klub rəsmisi oyundan sonra rəsmi şəxslərə şifahi narazılığıqlarını bildirdiklərini söyləyib:

"Amma bu narazılıqlara baxan kimdir? UEFA nümayəndəsi və qarşılaşmanın hakim-inspektoru da bunu görüb. Xorvatiyalı baş hakim Fran Yoviç oyunun gedişində - ikinci hissədə futbolçumuz Kevin Medinaya "üzr istəyirəm, mən səhv etdim" deyib. Hakimlər səhvə yol verdiklərini fasilədə biliblər. Ümid edək ki, bu, sadəcə, səhv idi və hansısa qərəz deyildi".

Abbaszadə qərara rəsmi şəkildə etiraz edəcəklərini vurğulayıb:

"Hazırda yoldayıq. Bakıya qayıdandan sonra rəsmən etirazımızı bildirəcəyik. Amma bu nəyi dəyişək? Bu, "Qarabağ"a qarşı ilk hakim səhvi deyil. Ümumiyyətlə, "Bazel"in lehinə olan ilk hakim səhvi də deyil. "Kayrat"la matçda da onların lehinə qərarlar çıxarılıb. Orada hakim səhvi olmasaydı, qapımıza ikinci qolu vuran Paytim Kasami bizə qarşı matçda meydanda olmamalı idi. Çünki o, əvvəlki qarşılaşmada meydandan qovulmalı idi. Bütün bunlar istər-istəməz xoş deyil".

Qeyd edək ki, qarşılaşma "Bazel"in 3:0 hesablı qələbəsi ilə bitib.
"Dünya bu xalqın bətnindən necə qəhrəman oğulların, ərənlərin ərsəyə gəldiyini gördü"Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı


Bu gün sıradan bir gün deyil. Dekabrın 10-u xalqımız və tariximiz üçün olduqca əhəmiyyətli bir gündür. Zəfər paradımızdan 1 il ötür. Xalqımız 44 günlük müqəddəs savaşımızda - Vətən müharibəsində qazandığımız tarixi qələbəmizin yekun aktı sayılan Zəfər paradının bir illiyini qalib xalq kimi qeyd edir.

Bir il bundan öncə paytaxtımızın baş meydanında - Azadlıq meydanında keçirilən Zəfər paradı tariximizdə yeni bir səhifə açan möhtəşəm hadisə kimi yadda qaldı. Biz bu tarixi hadisəni düz 30 il gözləmişdik. Düzdür, bu illər ərzində ümidini üzənlərimiz də vardı. "Biz həmişə torpaq itirə-itirə gəlmişik, Qarabağı da unudun getsin", deyib aramızda təslimçilik əhval-ruhiyyəsini yayan bədbinlər, bədxahlar da az deyildi. Amma Qarabağımızın işğaldan azad ediləcəyinə sarsılmaz inam hissilə yaşayan insanlarımız çoxluq təşkil edirdi. Xalqımızın içində bu həqiqətə inam hissi heç vaxt azalmırdı. Ən əsası isə bu ali həqiqətə Ali Baş Komandanımızın özü hamıdan çox inanırdı. Və məhz bu inam bizi 30 illik həsrətin sonuna yaxınlaşdırdı, hamımızı düşmən üzərində Zəfər qazanmağa köklədi. Bu möhtəşəm Zəfərə Xalqımız, Ordumuz və Ali Baş Komandanımız birlikdə imza atdı.

Dünya hərb tarixinə nəzər salsaq görərik ki, bütün böyük qələbələr sonda Zəfər paradı ilə yekunlaşıb. Tanrı bizə də bu şərəfli günün qürurunu yaşamağı nəsib etdi. Bəli, 10 dekabr 2020-ci ildə Azərbaycan Ordusu Azadlıq meydanından qalib ordu kimi keçdi. Heç şübhəsiz ki, bu parad 44 günlük savaşdan qalib çıxan Müzəffər Azərbaycan Ordusunun gücünün və qüdrətinin bir daha bütün dünyaya əyani nümayişi demək idi. Zəfər paradımız erməni faşizminə meydan oxumağımızın təntənəsi idi.

Bu paradda Azərbaycan hərbçiləri ilə yanaşı, qardaş Türkiyənin Silahlı Qüvvələrinin əsgər və zabitlərinin – şanlı “Mehmetcik”lərin iştirak etməsi də ayrıca bir fövqəladə tarixi hadisə idi. İki qardaş ölkənin liderlərinin – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın yan-yanaşı dayanıb paradı birlikdə qəbul etməsinin və iki qardaş ordunun əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsininin möhtəşəmliyini sözlə ifadə etmək həqiqətən də çox çətindir. Biz belə bir tarixi hadisəni 2020-ci ilin 27 sentyabrınadək yalnız və yalnız xəyallarımızda təsəvvür edə bilərdik. Amma zaman göstərdi ki, xəyalların çin çıxmaq, gerçəyə çevrilmək şansı da olurmuş. 10 dekabr Zəfər paradı bu mənada Azərbaycan-Türkiyə qardaşlığının zirvə nöqtəsi idi.

Həmin gün ölkəmizin bütün şəhərləri Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmişdi. Hətta ən ucqar qəsəbə və kəndlərimizdə də evlərin, darvazaların üzərindən Azərbaycan və Türkiyə bayraqları yanaşı asılmışdı. Bu isə xalqlarımızın qan birliyinin, mənəvi yaxınlığının parlaq təzahürü idi. 10 dekabr paradı əsl qardaşlıq paradı idi. 44 günlük müharibədə təkcə silahımız deyil, həm də qardaşlığımız Zəfər qazanmışdı. Dünya tarixində bu cür hadisələrə çox nadir hallarda rast gəlmək mümkündür. Odur ki, bu parad həm də qardaşlığın zəfəri olan parad kimi yadda qaldı. Paradın Azərbaycan və Türkiyə liderləri tərəfindən birlikdə qəbul edilməsi dünyada da böyük marağa səbəb oldu. Bu hadisə beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj kimi dəyərləndirildi. Zəfər paradımız “Bir millət, iki dövlət” həqiqətinin təsdiq anı idi.

Biz bu Zəfəri də, bu paradın qürurunu yaşamaq qismətini də heç şübhəsiz ki, şəhidlərimizə, qazilərimizə, qəhrəman əsgər və zabitlərimizə, xüsusi təyinatlılarımıza borcluyuq. 44 günlük savaş bizə neçə-neçə yeni qəhrəmanları tanıtdırdı. Üç min nəfərə yaxın igid oğullarımız bu müharibədə Şəhidlik zirvəsinə yüksəldi. Bizim onların ruhları qarşısında vəfa borcumuz var. Şəhidlərimiz, qazilərimiz Azərbaycan xalqının savaşçı xalq olduğunu hər kəsə nümayiş etdirdi. Bütün dünya bu xalqın bətnindən necə qəhrəman oğulların, ərənlərin ərsəyə gəldiyini gördü. Xüsusən də müqəddəs Şuşamızı az qala yalın əllə, əlbəyaxa döyüş nəticəsində azad edən əsgər və zabitlərimiz erməni təbliğat maşınının xalqımız haqqında illər boyu tirajladığı, yaydığı mifləri, yalanları darmadağın etdi. Özlərini “döyüşkən xalq”, Ermənistan ordusunu isə “məğlubedilməz ordu” adlandıran ermənilər 44 gün ərzində olduqca gülməli vəziyyətə düşdülər. Ali Baş Komandanımız İlham Əliyevin məşhur sözü ilə desək, Ordumuz onları iti qovan kimi torpaqlarımızdan qovdu. Və beləliklə, kimin kim olduğu bir daha bütün dünyaya bəlli oldu.

Xalqımız, Ordumuz və Ali Baş Komandanımız İkinci Qarabağ müharibəsinin sınağından üzüağ çıxdı. Biz gerçəkdən də əsl milli həmrəylik, birlik nümayiş etdirdik və işğal tarixini sildik, qələbə tariximizi yazdıq. Zəfər paradı isə bu qələbəmizin parlaq göstəricisi oldu. Bütün dünya Zəfər paradımızda Azərbaycanın gücünü, əzmini, qətiyyətini gördü. Biz istəyirdik ki, 30 illik işğala son qoyulsun, haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın. Belə də oldu. Biz buna nail olduq. Azərbaycan əsgəri, Azərbaycan zabiti 44 gün ərzində yalnız bu amalla vuruşdu və sonda qalib gəldi.

Zəfərin mübarək olsun, Azərbaycan!

Jurnalist məhkəmədə DÖYÜLDÜ“Yeni Müsavat” qəzetinin əməkdaşı İlkin Muradov jurnalist kimi iştirak etdiyi məhkəmə prosesində döyülüb.

Avrasiya.net xəbər verir ki, bu haqda o özü sosial şəbəkə hesabından paylaşım edib.

Novxanıda “Range Rover”lə 4 nəfərin ölümünə səbəb olan iş adamı Elşad Kəlbəliyevin məhkəməsində iştirak edən jurnalist məhkəmə zalında ondan kim olduğumu soruşan şəxs tərəfindən döyüldüyünü qeyd edib.

“Deyəsən, həbs edilən şəxsin yaxınıdır. Mən də ona izah verməli olmadığımı dedim. Mənə “düdük” dedi və lotuluğa başladı. Məhkəmə koridorunda yumruq atdı. Sonra əlbəyaxa dava məhkəmə binasının önündə davam elədi. 25 dəqiqədir “102”yə məlumat vermişəm. Görək lotuluq necə olur!”
ABŞ-da Quran yandırıldıABŞ-ın Arizona Universitetinin Hayden kitabxanasının ibadət otağında Qurani-Kərim və digər dini kitablar yandırılıb.

Avrasiya.net xəbər verir ki, bu haqda ASU Müsəlman Tələbələr Dərnəyi açıqlama yayıb.

Açıqlamada bu çirkin hadisənin ikinci dəfə baş verdiyi, müsəlman tələbələrin öz həyatlarını təhlükədə hiss etdiyi bildirilib.

Ölkədəki ən böyük müsəlman hüquqları müdafiəsi təşkilatlarından olan Amerika-İslam Əlaqələr Şurasının (CAIR) Arizona ofisi də Qurani-Kərim və digər dini kitablara qarşı edilən bu çirkin fəaliyyətə qarşı dövlət rəsmilərini və icma liderlərini etiraz etməyə çağırıb.
Bakıda "qazilər" bələdiyyə üzvlərini döydüBakıda özlərini Qarabağ qazisi kimi təqdim edən şəxslər bələdiyyə üzvlərini döyüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Axar.az-a bildirib ki, dekabrın 9-da saat 11 radələrində özlərini “Çinar Park” MMC-nin işçiləri və Qarabağ qaziləri kimi təqdim edən bir qrup şəxs Yasamal rayon bələdiyyəsinin inzibati binasına daxil olub.

Daha sonra onlar bələdiyyə ilə MMC arasında bağlanan müqavilənin vaxtından əvvəl ləğv edilməsinə etiraz edərək inzibati binanın otaqlarında dağıntılar törədib və bələdiyyənin 2 üzvünü döyərək onlara xəsarətlər yetiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub və iş üzrə istintaq hərəkətləri aparılır.