Sizin Reklam Burada

"Azadlıq fədaisi" mükafatı Sabir Rüstəmxanlıya təqdim olunub

"Azadlıq fədaisi" mükafatı Sabir Rüstəmxanlıya təqdim olunubAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev partiya tərəfindən təsis olunan “Azadlıq fədaisi” mükafatının 2021-ci il qalibi Vətəndaş Həmrəylik Partiyasının sədri, Millət vəkili Sabir Rüstəmxanlıya təqdim edib.

"Azadlıq fədaisi” mükafatının partiya tərəfindən 2016-cı ildə təsis edildiyini qeyd edən ALDP sədri Fuad Əliyev bildirib ki, mükafatın qalibini müəyyən etmək üçün partiyanın üzvləri arasında sorğu keçirilib:

“Ənənəvi olaraq hər il keçirilən sorğunun nəticələrinə görə qalibi Beynəlxalq insan hüquqları günündə elan edirik. Bu ilin qalibi Vətəndaş Həmrəylik Partiyasının sədri, Millət vəkili Sabir Rüstəmxanlı oldu”.

ALDP sədri Sabir Rüstəmxanlıya mükafat haqqında qısa məlumat verib və “Azadlıq fədaisi” mükafatını ona təqdim edib.

Sabir Rüstəmxanlı mükafata layiq görüldüyünə görə ALDP üzvlərinə minnətdarlığını bildirib.

Xatırladaq ki, insan hüquq və azadlıqlarının qorunması sahəsində, Azərbaycanda azad və ədalətli cəmiyyətin qurulması uğrunda göstərdiyi fədakarlığına görə ictimai-siyasi xadimlərə, hüquq müdafiəçiləri üçün nəzərdə tutulan “Azadlıq fədaisi” mükafatı 06 dekabr 2016-cı ildə təsis edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər