Sizin Reklam Burada

Özbəkistan səfiriyində UAR baş katibi ilə görüş keçirilib

Özbəkistan səfiriyində UAR baş katibi ilə görüş keçirilibÖzbəkistanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Alişer Kurmanov Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədovu qəbul edib.

Görüş iştirakçılarını salamlayan səfir Ukraynada yaşayan azsaylı xalqların təşkilatlanmasının önəmini vurulayıb. “Dili bir, dini bir qardaşlarımızın Ukraynadakı uğurları bizi sevindirir. Bizlər də Türk dövlətləri təşkilatı və Türksoy çərçivəsində birgə əməkdaşlığa hər zaman hazırıq” deyən diplomat birgə layihələrin təşkilinin vacibliyini vurğulayıb.

Səfir bildirib ki, diaspor təşkilatlarının əsas məqsədlərindən biri də soydaşlar üçün mədəniyyət mərkəzlərii kimi fəaliyyət göstərmək və onların yaşadıqları ölkədə assimiyasiya olmadan doğru inteqrasiya olmalarına dəstək olmaqdır. Son illərdə ölkələrimiz arasındakı qarşılıqlı dostluq əlaqələrinin yüksələn dinamika ilə inkişaf ettiyinə diqqət çəkən Alişer Kurmanov qeyd edib ki diaspordaxili və diasporlararası kommunikasiyaların artması mədəniyyət birliyindən iqtisadi birliyə keçid üçün əlverişli şərait formalaşdırır ki bu da sağlam təməllər üzərində birliklərin yaranmasını labüd edir.

Səmimi qəbul üçün Özbəkistan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Alişer Kurmanova təşəkkür edən UAR baş katibi Ceyhun Məmmədov türkdilli diaspor təşkilatları ilə hərtərəfli əməkdaşlığa hazır olduqlarını bildirib. Məmmədov qeyd edib ki UAR bütün imkanları ilə milli-mədəni layihələrin hazırlanıb həyata keçirilməsinə dəstək verəcək. “Bizim xəyallarımız həqiqətə çevrilir; Fikirdə, Sözdə və İşdə birlik ideyası reallaşır. Türk Dövlətləri Birliyinin təsis olunması, Türksoy təşkilatının aktivləşməsi, birliyimizin rəsmiləşməsi və möhkəmlənməsi bizi sevindirir.” deyən baş katib bu öz növbələrində bu proseslərə dəstək olmaq istədiklərini vurğulayıb. Ceyhun Məmmədov bildirib ki, gələn 2022-ci ilin Novruz bayramını türdilli xalqlarla bərabər qeyd etmək üçün tədbirlər planı hazırlanır.

Səfirliyin birinci katibi Abdurahman Mahmudovun da iştirak etdiyi görüş Azərbaycan-Özbəkistan mədəniyyətləri haqqında qarşılıqlı müzakirələrlə davam edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər