Sizin Reklam Burada

DMX yanında İctimai Şuranın təşəbbüsü ilə əcnəbi tələbələrlə növbəti görüş keçirilib

DMX yanında İctimai Şuranın təşəbbüsü ilə əcnəbi tələbələrlə növbəti görüş keçirilibDövlət Miqrasiya Xidməti (DMX) və Xidmət yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə Qərbi Kaspi Universitetində təhsil alan əcnəbi tələbələrlə görüş keçirilib.

Avrasiya.net xəbər verir ki, tədbirdə iştirak edən Miqrasiya proseslərini tənzimləmə baş idarəsi, Müvəqqəti olma və müvəqqəti yaşama icazələrinin verilməsi şöbəsinin baş inspektoru Ruslan Ağayev və Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi, Hüquqi təminat idarəsinin inspektoru Tural Çələbiyev Universitetin əcnəbi tələbələrin və həmin şəxslərlə iş üzrə məsul əməkdaşların suallarını ətraflı cavablandırıb, Miqrasiya Məcəlləsinin əcnəbi tələbələrlə bağlı müddəalarına dair izahatlar veriblər.

Görüşdə iştirak edən Qərbi Kaspi Universitetinin əcnəbi tələbələr üzrə baş mütəxəssisi Asim Əliyev və DMX yanında İctimai Şuranın Təhsil üzrə işçi qrupunun rəhbəri Vidadi Fətullayev, əcnəbi tələbələrlə belə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər və görüşün keçirilməsinə şərait yaratdıqlarına görə həm Universitetin rəhbərliyinə, həm də görüşdə iştirak edən Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına dərin təşəkkürlərini bildiriblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər