Sizin Reklam Burada

Şəhidimiz son mənzilə yola salınıb - Millət vəkilləri dəfn mərasimində

Şəhidimiz son mənzilə yola salınıb - Millət vəkilləri dəfn mərasimindəDekabrın 8-i gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olmuş qəhrəmanımız Siyəzən rayon, Zarat kənd sakini Əliyev Asif Adil oğlu torpağa tapşırılıb.

Vida mərasimində Milli Məclisin deputatları Sadiq Qurbanov və Aydın Mirzəzadə, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, digər vəzifəli şəxslər, şəhidin doğmaları, şəhid anaları və rayon ictimaiyyəti iştirak ediblər.

Qeyd edək ki, şəhid Əliyev Asif 44 günlük vətən müharibəsinin iştirakçısı olub. Şücaətli döyüşünə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Sizin haqqınız heç bir zaman ödənməz igid şəhidlərimiz.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər