Sizin Reklam Burada

Ermənilər sülh əvəzinə qılınc istəyir - İsrailli ekspert

Ermənilər sülh əvəzinə qılınc istəyir - İsrailli ekspertNikol Paşinyanın “günahsız” təbəssümü fonunda Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə təxribat törədir, nəticədə Azərbaycan əsgəri həlak olur. Buna bir cür qiymət vermək olar – ermənilər sülh əvəzinə “qılınc” istəyir.

Bu barədə Axar.az-a açıqlamasında məşhur israilli politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Mixael Finkel bildirib.

“O hələ Brüsseldə də gülümsəyəcək. Guya onun heç nədən xəbəri yoxdur. Sülh şəraitində birgə yaşayışla bağlı müzakirələr zamanı ermənilər təxribatlar törədirlər. Əslində Paşinyan içindəkiləri nə qədər gizlətməyə çalışsa da, hər şey açıq-aydın görünür. O və bütün Ermənistan sülh istəmir. Hazırda da Azərbaycanın Ermənistanla sərhədində baş verənlər bunun bariz nümunəsidir. Buradan bir neçə nəticə çıxarmaq olar:

1. Ermənistanda nifrət və azərbaycanafobiya pik həddədir

2. Ermənistan özünü normal dövlət kimi yox, terrorçu kimi aparır.

Atəşkəs bir il bundan əvvəl imzalansa da, Ermənistan tərəfinin təxribatları nəticəsində insanlar hələ də həlak olur, günahsız azərbaycanlıların qanı tökülür. Təəssüf ki, mən Ermənistanın davranışının öhdəliklərinə görə məsuliyyət daşıyan adekvat dövlətə uyğun olmadığını qeyd etməyə məcburam. Bu təxribatla Ermənistan öz-özünə hökm oxudu”, - deyə müsahibimiz qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər