Sizin Reklam Burada

Polkovnik: "Sülhməramlılar iki mülki vətəndaşın minaya düşməsinə görə məsuliyyət daşıyır"

Polkovnik: "Sülhməramlılar iki mülki vətəndaşın minaya düşməsinə görə məsuliyyət daşıyır"“Hesab edirəm ki, Şuşanın Daşaltı kəndində iki mülki şəxsin həlak olmasına səbəb olan minalar yeni basdırılıb. Çünki indiyədək həmin istiqamətdə dəfələlərlə gediş-gəliş olub”.

Bunu “Report”a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.

O vurğulayıb ki, həmin ərazilər Rusiya sülhməramlılarının məsuliyyət zonasıdır: “Deməli, baş vermiş faciəli hadisədə onların da məsuliyyətsizliyindən söhbət gedir. Ümumiyyətlə, son vaxtlar ermənilər təxribatların miqyasını daha da genişləndiriblər. Bundan sonra isə təxribatlar daha da artacaq. Yaxın aylarda ermənilərin yaramaz əməlləri daha da intensivləşəcək. Çünki erməni rəsmiləri ayrı-ayrı havadarları ilə görüşür, onlardan tapşırıq alırlar. Ancaq biz bu məsələnin üstünə düşməliyik. Qarabağda məktəb tikdiyimiz bir vaxtda ermənilərin mina terrorunun qarşısı alınmalıdır”.

Ü.Cəfərov bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli razılaşmanın şərtlərinə uyğun olaraq erməni terrorçular tərk-silah edilməlidir: “Əslində, bu iş bir il əvvəl həyata keçirilməli idi. Ancaq gecikir. Çünki sülhməramlılar bu işdə maraqlı görünmürlər. Əlbəttə, beynəlxalq qurumlar da vəziyyətin gərginləşməsində maraqlıdır. Bu, regiona gəlmələri üçün onlara fürsət yaradır. Təəssüf ki, oxşar facəvi hadisələr nə ilkdir, nə də son. Ona görə də Qarabağdakı ermənilərdən silahların yığılması məsələsini kəskin şəkildə gündəmə gətirməliyik. Bunu etmələr biz özümüz antiterror əməliyyatına başlamalıyıq”.

Qeyd edək ki, 2020-ci il noyabrın 10-dan indiyədək işğaldan azad edilən ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 29 mülki şəxs həlak olub. 109 hərbi qulluqçu, 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bu, Ermənistanın terrorçu niyyətinin bariz nümunəsidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər