Sərhədçilərimiz erməni maşınlarını yoxlamağa başladı - VideoMəlum olduğu kimi noyabrın 11-dən Azərbaycan ərazisindən keçən Gorus-Qafan yolunda gömrük və sərhəd xidməti rejimi tətbiq edilməyə başlayıb.

Avrasiya.net Türküstan.info-ya istinadən xəbər verir ki, həmin yoldan istifadə edən Ermənistan avtomobillərində müvafiq yoxlamalar aparılır, gömrük və sərhəd xidməti prosedurları tətbiq olunur.

Təqdim edilən videoda sərhəd qoruyucularımız erməni avtomobillərini sözün əsl mənasından filtrdən keçirirlər, hər hansı sərhəd pozuntusunun olmaması üçün avtomobilləri ələk-vələk edirlər:
""Sülhməramlı”lar artıq bütün qırmızı xətləri keçir"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri


Sülhməramlı olmaq asan məsələ deyil. Rusiya sülhməramlı ölkə olmaq, daha doğrusu, sülhməramlı ölkə kimi görünmək istəyir, lakin bunu heç cürə bacarmır. Rusiyanın dünyanın istənilən nöqtəsində, bu və ya digər münaqişə ocağında ilk baxışdan sülhməramlı missiya kimi görünən fəaliyyətlərinin altından ya geosiyasi oyunlar, yadaki neoimperialist niyyətlərin əlamətləri özünü göstərir. Əfsuslar olsun ki, eyni xoşagəlməz durumu Azərbaycanımızın əzəli və ayrılmaz bir parçası olan Qarabağda da müşahidə etməkdəyik.

Belə ki, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin son dövrlərdə atdığı bütün addımlar, gördüyü bütün işlər məhz erməni separatçılarının nümayişkaranə şəkildə himayə edilməsinə, 10 noyabr razılaşmasının şərtlərinin icra edilməməsinə və Azərbaycanın suverenliyinə hörmət olunmamasına yönəlib. Xüsusən də son günlərdə baş verən olaylar onu göstərir ki, bu dırnaqarası “sülhməramlı”lar artıq bütün qırmızı xətləri keçir və üçtərəfli Bəyanatın çərçivələrindən tamamilə kənara çıxırlar.

Özlərini sülhməramlı hesab edən Rusiya hərbçiləri tərəfindən Xocalı ərazisində rəsmi Bakıdan icazəsiz “Şöhrət xiyabanı” adlı abidə kompleksinin açılması, yenə Xocalıda qanunsuz olaraq pravoslav kilsəsinin inşa edilməsi, “sülhməramlı”ların keçmiş komandanı general Rüstəm Muradovun özbaşına surətdə, özü də məhz İrəvan üzərindən Qarabağa gələrək, 10 noyabr Bəyanatının qəbul edilməsinin 1 illiyi ilə bağlı tədbirlərə qatılması və rusiyalı hərbçilərə medallar paylaması, Xankəndidə “sülhməramlı”lara həsr olunmuş əcaib heykəlin ucaldılması sülhməramlı missiyasının prinsiplərinə birmənalı surətdə ziddir.

Bütün bunlardan belə anlaşılır ki, ya “sülhməramlı”lar 10 noyabr Bəyanatına imza atmış və Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını dəfələrlə bəyan etmiş Rusiya prezidenti Vladimir Putinin siyasi iradəsinin ziddinə hərəkət edir və Rusiya hakimiyyətinin daxilindəki qruplaşmalardan hansısa birinin göstərişlərini yetirirlər, yadaki onlar ümumiyyətlə sülhməramlılıq anlayışından tamamilə bixəbərdirlər. Bütün hallarda, “sülhməramlı”ların son addımları, o cümlədən məhz onların razılığı ilə Ermənistanın müdafiə naziri Arşak Karapetyanın, Xocalı qatilləri Serjik Sərkisyan və Robert Köçəryanın bugünlərdə Xankəndiyə qanunsuz olaraq səfər etmələri yolverilməzdir.

Qeyd olunan neqativ hallar və özbaşınalıqlar rəsmi Bakıya kifayət qədər sərt qərarlar qəbul etməyə imkan verir. Belə ki, Rusiya “sülhməramlı” qüvvələri 10 noyabr Bəyanatının şərtlərini kobud surətdə pozduqlarına görə, hətta onların Azərbaycandan çıxarılması məsələsi də qaldırıla bilər. Rusiyanın sülhməramlı missiyası birtərəfli xarakter daşıyırsa və bu missiya yalnız ermənilərin himayə edilməsinə yönəlibsə, o zaman bizim də Azərbaycan olaraq bu missiyadan imtina etməyə və general-leytenant Gennadi Anaşkinin rəhbərlik etdiyi hərbi kontingentin ərazilərimizdən çıxarılmasını gündəmə gətirməyə tam haqqımız çatır.

Azərbaycan tərəfi 10 noyabr və 11 yanvar Bəyanatlarından irəli gələn öhdəliklərə tam məsuliyyətlə yanaşır və üzərinə düşən bütün öhdəlikləri vicdanla yerinə yetirir. Ermənistan və Rusiya da Azərbaycandan nümunə götürməlidir. Ermənistan dövləti ilk növbədə təcili şəkildə Qarabağdakı erməni silahlılarının oradan çıxarılmasına başlamalıdır. Rusiya tərəfi isə bu məsələdə prinsipiallıq göstərməklə, sülhməramlı missiyasının öhdəsindən ləyaqətlə gəldiyini həm Azərbaycan xalqına, həm də ümumiyyətlə Rusiyanın sülhməramlılığına şübhə ilə yanaşan bütün dünyaya nümayiş etdirməlidir. Rusiya bizi gerçəkdən də sülhməramlı olduğuna inandırmalıdır.
Qrant müsabiqələrinin ləngiməsinə görə Agentlik məsuliyyət daşımır - AÇIQLAMAQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin maliyyələşdirilməsi məqsədilə qrant müsabiqələrinin keçirilməsi üçün maksimum səy göstərib və göstərir.

Bu fikirləri QHT.az-a açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov bildirib.
Zaur İbrahimov qeyd edib ki, qrant müsabiqələrinin ləngiməsinə görə Agentlik məsuliyyət daşımır.

“Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli Fərmanı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ləğv edilib və yeni qurum, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılıb. Sözügedən Fərmanla Agentliyin Nizamnaməsi təsdiqlənib. Agentliyin hüquq və vəzifələri müvafiq normativ-hüquqi aktlarla müəyyənləşib. Nizamnaməsinə görə Agentlik qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi üzrə müsabiqələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya müvafiq təşkil etməlidir.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli Fərmanı ilə bu qaydalar Nazirlər Kabineti tərəfindən hazırlanmalıdır. Həmçinin, qrant müsabiqələrinin təşkili, keçirilməsi, layihələrin qiymətləndirilməsi, əlaqələndirilməsi qaydası, hətta qrant maliyyələşməsinin yuxarı həddinin müəyyənləşdirilməsi də Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənməlidir. Agentlik iyul ayında bütün bu məsələlərlə bağlı təkliflərini, daha sonra isə operativ olaraq rəyini təqdim edib.

Təəssüf hissi ilə qeyd edirəm ki, Nazirlər Kabineti sənədlərin hazırlanması üçün müəyyən edilən vaxtda bu işləri başa çatdıra bilmədi. Bu sənədlər qəbul olunmadan Agentliyin qrant müsabiqələri keçirmək hüququ yoxdur. Agentlik məhz bu qaydalar əsasında qrant müsabiqələrinin keçirə bilər.

Agentlik qrant müsabiqələrinin keçirilməsi üçün öz üzərinə düşən vəzifələrin icrasına çox məsuliyyətlə yanaşıb, QHT-lərə Dövlət Dəstəyi Şurasının praktikası təhlil edilib, təkmilləşdirilmələr aparılıb. Qrant müsabiqəsi elanı verilməsinə hazırlıqla bağlı qərar verib, bunu açıqlayıb. Qrant mövzularını QHT-lərlə məsləhətləşərək müəyyən edib. Elektron resurslarını yeniləyib. Yeni qrant siyasətinin layihəsini hazırlayıb. Yeri gəlmişkən yeni qrant siyasəti sənədinin son variantının hazır olması üçün də Nazirlər Kabinetinin qərarlarını gözləyirik. Agentliyin strukturu formalaşıb, işçi sənədlər qəbul olunub.

Agentlik bir çox hallarda digər dövlət qurumları ilə əlaqədar olan məsələlərdə obyektiv çətinlikləri başa düşməyə və təmkinlə yanaşmağa çalışır. Lakin, açıq qeyd etmək lazımdır ki, bir çox hallarda adekvat yanaşmanı görmürük və çalışırıq ki, işçi qaydada mövqeləri uzlaşdıraq, problemlərin mahiyyəti izah edək.

Agentlik çalışır ki, qrant müsabiqələrinin keçirilməsi praktikası təkmilləşsin, QHT-lər üçün mümkün qədər əlverişli şərtlər müəyyən edilsin. Agentliyin yanaşması bundan ibarətdir ki, qrant müsabiqələrinin keçirilməsi zamanı ən yaxşı yerli təcrübələr, qabaqcıl standartlar nəzərə alınsın, formal, bürokratiya yaradan amillərin qarşısı alınsın. Mövcud ehtiyac və poetnsialı nəzərə alan Azərbaycanın hazırkı milli prioritetlərini nəzərə alan səmərəli, çevik qrant siyasəti yürüdülsün.

Ümid edirik ki, bütün dövlət qurumları bu istiqamətdə Agentliyə dəstək verəcəklər, nəzərə almaq lazımdır ki, Azərbaycanın parlaq qələbə qazandığı 44 günülük Vətən Müharibəsindən sonbra yaranmış yeni reallıqlar vətəndaş cəmiyyəti üçün yeni çağırışlar meydana çıxarıb. Bu çağırışlar Azərbaycanın milli maraqlarının beynəlxalq arenada müdafiəsi, erməni işğalı nəticəsində dəymiş ziyan, ermənilərin törədikləri talançılıq, ekoloji cinayətlər, flora və faunanın yox edilməsi, tarixi abidələrin məhv edilməsi ilə bağlı əməllərin beynəlxalq müstəvidə tanıdılması, bu cinayətlərə görə cavabdeh saxlanılması ilə bağlıdır.

Bu məsələlər Prezident İlham Əliyev tərəfindən də vacib vəzifələr kimi qeyd edilib. Bu kontekstdə vətəndaş cəmiyyətinin də üzərinə düşənləri etməsi üçün müvafiq dəstək göstərilməlidir. Vətəndaş cəmiyyəti ilə bağlı bir çox hallarda obyektivlikdən uzaq olan stereotiplər, yanaşmalar kənara qoyulmalıdır. Vətəndaş cəmiyyəti də öz fəaliyyətini yeni dövrün tələblərini nəzərə alaraq qurmalıdır.”

Qeyd edək ki, Maliyyə naziri Samir Şərifov APA-ya müsahibəsində bu il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin QHT-lərin layihələrinin maliyyələşdirilməsi üçün qrant müsabiqəsi elan etməsinin gecikməsi və problemin səbəbinin Maliyyə Nazirliyi və Nazirlər Kabinetindən qaynaqlanması ilə bağlı iddialara münasibət bildirərkən qeyd etmişdi ki, problem Agentliklə bağlıdır. Vəsait var, bu vəsait də həmin quruma ayrılıb, buyursunlar, müvafiq qərar verib, vəsaitlərindən istifadə etsinlər.
İlham Əliyevə İstanbulda "Ali Nişan" verildiTürk Şurasının bu gün İstanbulda keçirilən VIII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyevə təşkilatın “Ali Nişan”ı təqdim edilib.

Avrasiya.net xəbər verir ki, canlı yayımda İlham Əliyevə "Türk Dünyası Ali Nişanı"nı Prezident Rəcəb Tayyib Ərdoğan təqdim edib.

Ərdoğan müfakatı təqdim etdikdən sonra Azərbaycanın Vətən müharibəsindəki qələbəsi, Azərbaycanın ərazi bütövlüyünün bərpasının türk dünyasındakı rolu haqda çıxış edib.

Prezident İlham Əliyev çıxışında "Ali Nişan"a layiq görülməsinin Qarabağ Zəfəri ilə bağlı olmasının xüsusi önəm daşıdığını və buna görə Azərbaycan xalqı və öz adından xüsusi qürur hissi keçirdiyini qeyd edib.
Azərbaycan çempionatında futbolçular arasında kütləvi dava düşübFutbol üzrə Gənclər Liqasının (19 yaşadək futbolçular arasında Azərbaycan çempionatı - red.) “Neftçi” İK İB – “Sumqayıt” oyununda kütləvi dava baş verib.

AFFA-nın rəsmi saytına istinadən xəbər veririk ki, “Sumqayıt”ın futbolçusu Sədrəddin Hüseynzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən rəqibə yumruq atıb və hakimi təhqir edib.

Matç bitdikdən sonra isə qonaq komandadan Fərdi Abbasov, meydan sahiblərindən Cavanşir Tahirov və Müseyib Beydiyev kütləvi dava-dalaşda iştirak eib.

AFFA İntizam Komitəsi bütün 4 futbolçunu 6 oyun cəzalandırıb.
Afina Türkiyəyə qarşı savaşa hazırlaşırYunanıstan Türkiyəyə qarşı müharibə hazırlığına başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, hələ bu ilin iyul ayında Fransa yunan ordusuna dörd ədəd “Exocet” raketatan sistemlə təchiz edilmiş bir neçə sahil raket sistemi almağı təklif edib. Mobil sahil müdafiə sistemi olan “Exocet” xüsusi maşınlara montaj edilə bilir. Nəticədə sözügedən sistemlə dənizə girişə mane olma, sahildəki təhdidləri zərərsizləşdirmə kimi fəaliyyətlər həyata keçirilir.

Sistem dünyanın bir çox yerində istifadə olunan “EXOCET MM40 BLOCK 3” raketinin ən son versiyasına əsaslanır. Sistemə daxil olan raketlər 780 kq ağırlığa, 6 metrədək uzunluğa sahibdir. Bundan başqa Yunanıstan ABŞ-dan “ATACMS” sistemlərindən olan və 150 km-lik mənzili olan “BLOCK İVA” raketlərini almaq istəyir.

150 km-dən daha uzaqda olan hədəfləri vurmaq üçün ABŞ-dan “GMLRS-ER” sistemlərinin alınması da gündəmdədir.

Eyni zamanda Yunanıstan Çexiyadan “RM-70 Vampir” raket sistemləri də alıb.
Pərvanə İbrahimova ərəb mətbuatında Zəfər günümüzdən yazdıJurnalist Pərvanə İbrahimovanın Misirin “Alqraralaraby”, “Culturenews”, “Alwasela”, “Algornalgy”, “Nilenews”, Əlcəzairin “Əl-Hərir”, “Dzayerinfo”, İraqın “Agnaden”, “Alharirnews”, “Almadaeennews”, Sudanın “Sinopanorama” və “Businessnowsd“ xəbər agentlikləri və portallarında “Azərbaycan Qarabağın işğaldan azad edilməsinin birinci ildönümünü qeyd edir” başlıqlı geniş məqaləsi dərc olunub.

Məqalədə bildirilir ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan ordusunun əks-hücum əməliyyatı nəticəsində Qarabağ ərazisi cəmi 44 gün ərzində işğaldan azad olundu. Beynəlxalq hüququn bütün norma və prinsiplərini əsas götürən Azərbaycanın öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsinin zəfərlə başa çatmasını şərtləndirən əsas amillərdən biri ölkədə mövcud olan milli birlik idi. Xalqdan dəstək alan ordu düşmənə sarsıdıcı zərbələr vuraraq onu məğlubiyyətə düçar etdi, 44 gündə 300-dək şəhər, qəsəbə və kəndi düşməndən təmizlədi.

Möhtəşəm Zəfərin nəticəsi olaraq 2020-ci il 10 noyabr tarixində Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanan üçətərəfli Bəyanatın müvafiq müddəalarına əsasən, Ağdam, Kəlbəcər və Laçının düşməndən təmizləndiyinə diqqət çəkən jurnalist qeyd edir ki, Vətən müharibəsinin qələbə ilə başa çatmasını şərtləndirən Şuşa şəhərinin işğaldan azad edilməsi düşmənin kapitulyasiya aktını imzalamasında başlıca amil oldu.

P.İbrahimova müharibənin başa çatmasından sonra Azərbaycan dövlət başçısı tərəfindən Zəfər və Anım günlərinin təsis olunması ilə bağlı qəbul olunan qərarların xalqın dəstəyi ilə müşayiət edildiyini vurğulayaraq 27 sentyabr tarixində Anım Günü münasibətilə Vətən müharibəsində canından keçən şəhidlərin yad edildiyinə, 8 noyabrda isə Zəfər Gününün təntənə ilə qeyd olunduğuna diqqət çəkir.

Məqalədə həmçinin qeyd edilir ki, Azərbaycan və Rusiya dövlət başçıları və Ermənistanın baş naziri arasında Moskvada keçirilən görüşün nəticəsi kimi imzalanan üçətərəfli Bəyanat regionda kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizinin həyata keçirilməsi istiqamətində mühüm addım oldu. Ümumiyyətlə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti İlham Əliyev təkcə döyüş meydanında deyil, aparıcı beynəlxalq media orqanlarına verdiyi müsahibələr vasitəsilə informasiya cəbhəsində də Azərbaycanı üstün mövqeyə çıxarmağı bacardı.

Ərazilərimizin azad edilməsindən sonra Qarabağın dirçəldilməsi mərhələsinə start verilməsindən yazan müəllif “Qarabağ Dirçəliş Fondu” və Əlaqələndirmə Qərargahının fəaliyyətinə toxunub, işğalçı Ermənistanın mina xəritələrinin əksər hissəsini verməməsini bu ərazilərin bərpası prosesini və qayıdışı ləngitdiyini bildirib. Qarabağa qayıdacaq insanların lazımi yaşayış şəraiti ilə təmin edilməsi üçün həyata keçirilən layihələrdən bəhs edərək Heydər Əliyev Fondunun azad edilmiş ərazilərimizdə tarixi, dini abidələrin, o cümlədən məscidlərin bərpası istiqamətindəki fəaliyyətinə diqqət çəkib.

Azərbaycan dövləti və xalqı qarşısında duran vəzifələr arasında şəhid ailələrinə, qazilərə davamlı diqqət göstərilməsinin xüsusi yer tutduğunu yazan jurnalist bildirir ki, bu ilin iyununda Azərbaycan Prezidenti tərəfindən 76 mindən artıq hərbçinin mükafatlandırılması, şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması böyük önəm daşıyır.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsindən, Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin atılmasında iştirak etmələridən, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda, Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olmalarından da bəhs edilib və Qarabağ torpağının böyük quruculuq və abadlıq meydanına çevrildiyi qeyd olunub.


Adıçəkilən informasiya resurslarının əsas başlığında yer alan məqaləyə qeyd edilən linklərdən daxil olmaq mümkündür:

https://alharir.info/%D8%A7%D8%AD%D8%AA%D9%81%D8%A7%D9%84%D8%A7%D8%AA-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D8%A7%D9%84%D8%B9%D9%85%D9%84%D9%8A%D8%A9-%D8%A8%D8%A7%D9%84%D8%B0%D9%83%D8%B1%D9%89-%D8%A7/

https://www.agnaden.net/?p=9493

https://www.alharirnews.com/2021/11/blog-post_347.html

http://almadaeennews.blogspot.com/2021/11/blog-post_34.html

https://businessnowsd.com/archives/6004

http://www.alwasela.com/796039

http://www.algornalgy.com/mt~125654

https://www.nile1.com/%D8%AF-%D8%A8%D8%A7%D8%B1%D9%81%D8%A7%D9%86%D8%A7-%D8%A5%D8%A8%D8%B1%D8%A7%D9%87%D9%8A%D9%85%D9%88%D9%81%D8%A7-%D8%AA%D9%83%D8%AA%D8%A8-%D8%A7%D8%AD%D8%AA%D9%81%D8%A7%D9%84%D8%A7%D8%AA-%D8%A3%D8%B0/

https://sinopanorama.net/2021/11/11/%d8%a7%d8%ad%d8%aa%d9%81%d8%a7%d9%84%d8%a7%d8%aa-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d8%a7%d9%84%d8%b9%d9%85%d9%84%d9%8a%d8%a9-%d8%a8%d8%a7%d9%84%d8%b0%d9%83%d8%b1%d9%89-%d8%a7%d9%84/

MDB-nin iclasında QALMAQAL: Əli Əsədov Qriqoryanı susdurduMDB Hökumət Başçılarının iclasında polemika yaşanıb.

Avrasiya.net xəbər verir ki, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan iclasın formatına uyğun olmayan aqressiv çıxış edib. Azərbaycana qarşı əsassız iddialar səsləndirən erməni rəsmisi Bakıda saxlanılan diversantları “hərbi əsir” kimi qələmə verərək, tarixin arxivinə yollanmış “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini yenidən gündəmə gətirib.

İclasın sonunda söz alan Əli Əsədov Mqer Qriqoryanın əsassız iddialarına cavab verib və bundan sonra tərəflər arasında polemika yaranıb. Əli Əsədovun ardınca Qriqoryan söz alaraq yenidən qeyri-obyektiv çıxış edib.

Azərbaycanın hökumət rəhbəri erməni diversantların üçtərıfli razılaşmadan sonra Azərbaycan ərazisinə gizli yollarla daxil olduğunu, torpaqlarımızda cinayətlər törətdiyini xatırladıb. Digər tərəfdən isə, “Dağlıq Qarabağ” ifadəsinin mövcud olmadığını, yalnız “Azərbaycanın Qarabağ iqtisadi rayonu” olduğunu erməni tərəfinin diqqətinə çatdırıb.
Bu şəxslər cərrahi yolla axtalansın – Millət vəkiliO vaxt bəzi ölkələrin təcrübəsinə əsaslanaraq demişdim ki, uşaqlara qarşı ağır cinayətlər törədən bəzi pedofillər cərrahi yolla sterilizasiya olunmalıdır ki, gələcəkdə eyni cinayəti törətmək imkanlarından məhrum olsunlar.

Avrasiya.net xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Musavat.com-a geniş müsahibəsində deyib.

O bildirib ki, ölüm cəzası ləğv olunub və onun yenidən bərpası real deyil:

“Bəzi xüsusilə ağır cinayətlər törətmiş, cəmiyyət üçün son dərəcə təhlükəli şəxsləri dövlət ömürlük azadlıqdan məhrum edir və onların ömrünün sonunadək yaşayış xərclərini çəkir. Amma öldürmür ki, yaratmadığımızı öldürə bilmərik, öldürsək qatillə eyniləşərik. Bütün dünyada insanların özünümüdafiə hüququ tanınır. Tutaq ki, balaca uşağın onu zorlamaq istəyən həmin murdarı öldürmək imkanı olsaydı, o, cinayət məsuliyyətindən tam azad idi və onun heç bir mənəvi məsuliyyəti də olmayacaqdı. Amma hesab edək ki, şəxs özünü müdafiə edə bilmədi və o cinayətin qurbanına çevrildi... Belə çıxır ki, dövlət balaca uşağa deyir ki, sənə təcavüz edən, səni öldürmək istəyən cinayətkarı cinayət hadisəsi baş verən an öldürə bilərsən, amma dövlət olaraq onu artıq həbs etdiyim üçün öldürə bilmərəm. Burda müəyyən suallar yaranır. Qanunverici orqanın məntiq isə ondadır ki, cinayət törətmiş şəxs həbs olunmaqla zərərsizləşdirilib və artıq cəmiyyətə təhlükə yaratmır. Cinayət qanununa görə təyin edilən cəzanın əsas məqsədi sosial ədaləti bərpa etmək,başqalarını cinayət törətməkdən çəkindirməkdir. Buna isə cinayətə adekvat cəza təyin etməklə nail olmaq olar. Yəni başqasını həyatdan məhrum edirsənsə, onun özünü müdafiə etməyə imkanı olmayıbsa, dövlət zəifin əvəzinə ədaləti həyata keçirir. Amma indi ümumən dünyada belə qəbul olunur ki, həm də məhkəmə səhvlərinin ola bilmə ehtimalına görə məhkəmə hökmləri ilə insanları öldürmək olmaz”.