Sizin Reklam Burada

Pərvanə İbrahimova ərəb mətbuatında Zəfər günümüzdən yazdı

Pərvanə İbrahimova ərəb mətbuatında Zəfər günümüzdən yazdıJurnalist Pərvanə İbrahimovanın Misirin “Alqraralaraby”, “Culturenews”, “Alwasela”, “Algornalgy”, “Nilenews”, Əlcəzairin “Əl-Hərir”, “Dzayerinfo”, İraqın “Agnaden”, “Alharirnews”, “Almadaeennews”, Sudanın “Sinopanorama” və “Businessnowsd“ xəbər agentlikləri və portallarında “Azərbaycan Qarabağın işğaldan azad edilməsinin birinci ildönümünü qeyd edir” başlıqlı geniş məqaləsi dərc olunub.

Məqalədə bildirilir ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan ordusunun əks-hücum əməliyyatı nəticəsində Qarabağ ərazisi cəmi 44 gün ərzində işğaldan azad olundu. Beynəlxalq hüququn bütün norma və prinsiplərini əsas götürən Azərbaycanın öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsinin zəfərlə başa çatmasını şərtləndirən əsas amillərdən biri ölkədə mövcud olan milli birlik idi. Xalqdan dəstək alan ordu düşmənə sarsıdıcı zərbələr vuraraq onu məğlubiyyətə düçar etdi, 44 gündə 300-dək şəhər, qəsəbə və kəndi düşməndən təmizlədi.

Möhtəşəm Zəfərin nəticəsi olaraq 2020-ci il 10 noyabr tarixində Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanan üçətərəfli Bəyanatın müvafiq müddəalarına əsasən, Ağdam, Kəlbəcər və Laçının düşməndən təmizləndiyinə diqqət çəkən jurnalist qeyd edir ki, Vətən müharibəsinin qələbə ilə başa çatmasını şərtləndirən Şuşa şəhərinin işğaldan azad edilməsi düşmənin kapitulyasiya aktını imzalamasında başlıca amil oldu.

P.İbrahimova müharibənin başa çatmasından sonra Azərbaycan dövlət başçısı tərəfindən Zəfər və Anım günlərinin təsis olunması ilə bağlı qəbul olunan qərarların xalqın dəstəyi ilə müşayiət edildiyini vurğulayaraq 27 sentyabr tarixində Anım Günü münasibətilə Vətən müharibəsində canından keçən şəhidlərin yad edildiyinə, 8 noyabrda isə Zəfər Gününün təntənə ilə qeyd olunduğuna diqqət çəkir.

Məqalədə həmçinin qeyd edilir ki, Azərbaycan və Rusiya dövlət başçıları və Ermənistanın baş naziri arasında Moskvada keçirilən görüşün nəticəsi kimi imzalanan üçətərəfli Bəyanat regionda kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizinin həyata keçirilməsi istiqamətində mühüm addım oldu. Ümumiyyətlə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti İlham Əliyev təkcə döyüş meydanında deyil, aparıcı beynəlxalq media orqanlarına verdiyi müsahibələr vasitəsilə informasiya cəbhəsində də Azərbaycanı üstün mövqeyə çıxarmağı bacardı.

Ərazilərimizin azad edilməsindən sonra Qarabağın dirçəldilməsi mərhələsinə start verilməsindən yazan müəllif “Qarabağ Dirçəliş Fondu” və Əlaqələndirmə Qərargahının fəaliyyətinə toxunub, işğalçı Ermənistanın mina xəritələrinin əksər hissəsini verməməsini bu ərazilərin bərpası prosesini və qayıdışı ləngitdiyini bildirib. Qarabağa qayıdacaq insanların lazımi yaşayış şəraiti ilə təmin edilməsi üçün həyata keçirilən layihələrdən bəhs edərək Heydər Əliyev Fondunun azad edilmiş ərazilərimizdə tarixi, dini abidələrin, o cümlədən məscidlərin bərpası istiqamətindəki fəaliyyətinə diqqət çəkib.

Azərbaycan dövləti və xalqı qarşısında duran vəzifələr arasında şəhid ailələrinə, qazilərə davamlı diqqət göstərilməsinin xüsusi yer tutduğunu yazan jurnalist bildirir ki, bu ilin iyununda Azərbaycan Prezidenti tərəfindən 76 mindən artıq hərbçinin mükafatlandırılması, şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması böyük önəm daşıyır.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsindən, Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin atılmasında iştirak etmələridən, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda, Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olmalarından da bəhs edilib və Qarabağ torpağının böyük quruculuq və abadlıq meydanına çevrildiyi qeyd olunub.


Adıçəkilən informasiya resurslarının əsas başlığında yer alan məqaləyə qeyd edilən linklərdən daxil olmaq mümkündür:

https://alharir.info/%D8%A7%D8%AD%D8%AA%D9%81%D8%A7%D9%84%D8%A7%D8%AA-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D8%A7%D9%84%D8%B9%D9%85%D9%84%D9%8A%D8%A9-%D8%A8%D8%A7%D9%84%D8%B0%D9%83%D8%B1%D9%89-%D8%A7/

https://www.agnaden.net/?p=9493

https://www.alharirnews.com/2021/11/blog-post_347.html

http://almadaeennews.blogspot.com/2021/11/blog-post_34.html

https://businessnowsd.com/archives/6004

http://www.alwasela.com/796039

http://www.algornalgy.com/mt~125654

https://www.nile1.com/%D8%AF-%D8%A8%D8%A7%D8%B1%D9%81%D8%A7%D9%86%D8%A7-%D8%A5%D8%A8%D8%B1%D8%A7%D9%87%D9%8A%D9%85%D9%88%D9%81%D8%A7-%D8%AA%D9%83%D8%AA%D8%A8-%D8%A7%D8%AD%D8%AA%D9%81%D8%A7%D9%84%D8%A7%D8%AA-%D8%A3%D8%B0/

https://sinopanorama.net/2021/11/11/%d8%a7%d8%ad%d8%aa%d9%81%d8%a7%d9%84%d8%a7%d8%aa-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d8%a7%d9%84%d8%b9%d9%85%d9%84%d9%8a%d8%a9-%d8%a8%d8%a7%d9%84%d8%b0%d9%83%d8%b1%d9%89-%d8%a7%d9%84/

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər