Sizin Reklam Burada

Sülhməramlılar Azərbaycandan çıxarılmalıdır - ALDP bəyanat yayıb

Sülhməramlılar Azərbaycandan çıxarılmalıdır - ALDP bəyanat yayıbAzərbaycan Liberal Demokrat Partiyası (ALDP )
Rusiya sülhməramlıların mandatdan kənar fəaliyyətilə bağlı bəyanat yayıb.

Avrasiya.net-ə daxil olan bəyanatda deyilir ki,
ALDP Rusiya sülhməramlı qüvvələrin mandatdan kənar fəaliyyətini qətiyyətlə pisləyir. 10 noyabr 2020-ci ildə imzalanan məlum Bəyannamədə sülhməramlıların torpaqlarımızda qalan erməni tör, töküntilərin, separatçıların çıxarılması qeyd olunub. Bunun əksinə, sülhməramlılar nəinki onları çıxardıblar, əksinə, onların Laçın dəhlizindən Ermənistana gedib, gəlmələrinə şərait yaradırlar. Azərbaycanın razılığı olmadan Ermənistan rəsmilərin sülhməramlıların müvvəqəti yerləşən ərazilərə gəlməsini təmin edirlər. Son olaraq mandatdan kənar Xocalıda pravoslav kilsəsini inşa edilməsi oldu.

ALDP din azadlığına və başqa dinlərə aid olan kilsələrin tikilməsinə hörmətlə yanaşır. Azərbaycanda kifayət qədər provaslav kilsələr mövcuddur. Bir də məgər Xocalı rus millətinin kompakt yaşayış yeridir ki, orada kilsə inşa edilir?

Amma sülhməramlıların məlum bəyannamədən kənar fəaliyyəti təəssüf doğurur.

ALDP hesab edir ki, Rusiya sülhməramlı qüvvələr 10 noyabr 2020-ci ildə imzalanan Bəyannamənin maddələrini pozduğuna görə, onların Azərbaycandan çıxarılması məsələsi qaldırılmalıdır.

ALDP hesab edir ki, Azərbaycan torpaqlarının kiçik bir hissəsində qalan erməni separatçılarının tör, töküntilərini Azərbaycan ordusu təmizliyəcək.

Qarabağ Azərbaycandır!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər